Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Qəhrəmanımız avtomobil qəzasına düşüb
Qəza

Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov avtomobil qəzasına düşüb.

Bu barədə Milli Qəhrəmanın oğlu Rəhim Həsənov məlumat verib.

O bildirib ki, Məhəmməd Həsənov noyabrın 9-da Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində avtomobil qəzası keçirib. Ağır xəsarət alan Milli Qəhrəman əvvəlcə Goranboy rayon Mərkəzi Xəstəxanasına, daha sonra Gəncə şəhər Beynəlxalq Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib:

"Atamın vəziyyəti olduqca pisdir, günbəgün səhhəti pisləşir. Buradakı xəstəxanada göstərilən tibbi yardım və edilən müayinələr qənaətbəxş deyil. Bizim üçün bir Milli Qəhrəmanı itirmək olduqca çətindir".

R.Həsənov ölkə rəhəbrliyinə müraciət edərək, atasının müalicəsinin Bakı şəhərindəki dövlət və ya özəl xəstəxanaların birində davam etdirilməsinə köməklik göstərilməsini istəyib:

"Gəncə Şəhərində müalicə aldığı xəstəxanadan dedilər ki, təcili tibbi yardım avtomobili ilə reanimasiya şəraitində olan bir xəstənin aparılması təhlükə altındadır. Həkimlərin dediyinə görə bu xəstə xəstəxanadan bu vəziyyətdə çıxarılarsa, həyatını itirə bilər. Onuda qeyd edirəm ki, atamı müayinə edən həkimlərin hər biri diqqətlidir və əllərindən gələn köməkliyi əsirgəmirlər.

Biz ümidvariq ki, Bakı şəhərində fəaliyyət göstərən dövlət və özəl klinikalarda olduqca savadlı və peşəkar həkimlər var. Xahişimiz budur ki, reanimasiyada olan xəstələrin sağlam və təhlükəsiz şəraitdə Bakıya çatdırılmasında köməklik göstərilsin".

Xatırladaq ki, Məhəmməd Həsənov batalyon komandiri və döyüşçü kimi 1992-1993-cü illərdə Goranboy rayonunun Ağcakənd bölgəsinin və keçmiş Ağdərə rayonunun erməni işğalçılarından azad olunmasında böyük rol oynayıb. (Modern)

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »