Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Efiopiyada 34 nəfər qətlə yetirilib
Silah - Atəş - ov tüfəngi

Efiopiyanın qərbində naməlum şəxslər avtobusa silahlı hücum edib.

“Report”xəbər verir ki, bu barədə France-Press agentliyi Efiopiya İnsan hüquqları komissiyasına istinadla məlumat yayıb.

“Son məlumata görə, öldürülənlərin sayı hazırda 34 nəfərə çatır, lakin bu rəqəm arta bilər”, - deyə komissiyanın nümayəndəsi bildirib.

Avtobusa silahlı hücum ötən gecə Benişanqul/Qumuz ştatında edilib. Sudanla həmsərhəd olan bu ştatın hazırda hərbi əməliyyatlar gedən Tıqray muxtar bölgəsi ilə sərhədi yoxdur.

Bu arada, Efiopiya Baş nazirinin ofisi bu gün dünya ictimaiyyətinə müraciət edərək Tıqrayın azadlığı xalq cəbhəsinin silahlıları tərəfindən May-Kadra şəhərində dinc sakinlərə qarşı törədilən kütləvi qətlləri qınamağa çağırıb.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »