Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək
seçki

Noyabrın 1-də keçirilən prezident seçkilərində namizədlərdən heç biri elektoratın 50% dəstəyini qazanmadığından bu gün Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək.

“Report” xəbər verir ki, müxalifət tərəfindən kütləvi etirazlar barədə hədələrə baxmayaraq, seçkilərin birinci turu nisbətən sakit keçib və qalibi aşkar etməyə imkan verməyib.

Seçkilərin nəticələrinə əsasən müxalifət lideri, Hərəkət və Həmrəylik Partiyasının sədri, sabiq Baş nazir Maya Sandu 36,1% səs toplayıb. O, bu nəticələrlə hazırkı dövlət başçısı İqor Dodonu üstələyib. İqor Dodona isə seçicilərin 32,6%-i səs verib.

Dünya Bankının keçmiş eksperti olan M.Sandu ölkənin Avropa İttifaqı üzvlüyünün tərəfdarıdır. Rusdilli əhali arasında nüfuz sahibi olan İ.Dodon Rusiyanın dəstəyinə arxalanır.

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
Bütün xəbərlər »