Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı ekspert: "Ermənistanın bu müharibədə kapitulyasiyası tamamilə qanunauyğun nəticədir"
İqor Korotcenko

Ermənistanın bu müharibədə kapitulyasiyası tamamilə qanunauyğun nəticədir.

Bunu Rusiyanın "Milli Müdafiə" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.

"Bir müddət əvvəl Ermənistan ordusunun Qarabağdakı "uğurları" ilə bağlı qalibiyyət xəbərlərinin indi tamamilə məhv olmaması üçün təslim olmağa məcbur olan eyni erməni ordusunun Qarabağ cəbhəsindəki dəhşətli vəziyyəti barədə hekayələrlə nə qədər tez əvəz olunduğu təəccüb doğurur. Ermənistan televiziyalarının efirində bu barədə elə həmin eyni insanlar danışır (Paşinyan, Tonoyan, Arutyunyan və s.).

Ancaq həmin insanlar yeni bir müharibə olacağı təqdirdə Bakıya çatacaqlarını söyləyirdilər!

Ermənistanda Sovet İttifaqı marşalı Baqramyanın abidələri əvəzinə Hitlerin silahdaşı Njdeyə abidələr qoyulduqda, İrəvanın müharibədə kapitulyasiyası tamamilə qanunauyğun nəticədir!", - deyə rusiyalı hərbi ekspert vurğulayıb.(apa)

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Monitorinqin nəticələri: Müharibə dövründə ən yaxşı işləyən qurum "Azərişıq" idi
Son xəbərlər
Bütün xəbərlər »