Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Millimiz Monteneqro ilə qolsuz heç-heçə etdi
Futbol

Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda qrup mərhələsinin V turunda Monteneqronu qəbul edib.

Ölkədəki hərbi vəziyyətlə əlaqədar Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda baş tutan görüş qolsuz heç-heçə ilə başa çatıb.

Oyuna daha fəal başlayan qonaqlar 15-ci dəqiqədə Stefan Yovetiçin zərbəsi ilə hesabı açmağa yaxın olub. Amma Şahruddin Məhəmmədəliyev buna imkan verməyib. 4 dəqiqə sonra Abbas Hüseynovun hava ötürməsini Mahir Emreli başla qapıya göndərsə də, Milan Miyatoviç zərbənin qarşısını alıb. 39-cu dəqiqədə Yovetiçin vurduğu top qapıdan aralı keçib. İlk hissənin əsas vaxtına əlavə olunmuş sonuncu - 2-ci dəqiqədə rəqib azlıqda qalıb. İqor İvanoviç 2-ci sarı vərəqəni alaraq, meydandan qovulub. Komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

İkinci hissə Azərbaycan millisinin hücumları ilə başlayıb. Fasilədən sonra meydana daxil olan Amin Seydiyev 50-ci dəqiqədə yaxşı fürsət əldə etsə də, dəyərləndirə bilməyib. 8 dəqiqə sonra Qara Qarayevin zərbəsində dəqiqlik çatmayıb. 70-ci dəqiqədə rəqibin heyətində ən təhlükəli futbolçu olan Yovetiçin təqribən 45-50 metrlik məsafədən vurduğu zərbə qapı tirinə dəyib. Ardınca İqor Vuyaçiçin zərbəsi zamanı Məhəmmədliyev inamlı oynayıb. 85-ci dəqiqədə əsas millidə debüt edən Xəyal Nəcəfovun zərbəsini rəqib qapıçı çətinliklə çıxarıb.

Bu nəticədən sonra xallarını 5-ə çatdıran Azərbaycan millisi 3-cü pillədəki yerini qoruyub. Beləlikl, yığma qrup qalibi olmaq şansını əldən verib. Monteneqro isə bərabərliyə baxmayaraq, 10 xalla liderliyə yüksəlib. Çünki qrupun digər oyununda Lüksemburq səfərdə Kiprə 2:1 hesbı ilə uduzub.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »