Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilərin Naftalan və Goranboya vurduğu ziyan hesablanır
Ermənistan ordusunun raket atəşinə məruz qalan Gəncə şəhəri - Fotolar

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Goranboy və Naftalanda mülki əhaliyə dəymiş ziyanın hesablanmasına başlanılıb.

Bu barədə "Report"un Qərb Mərkəzinə Naftalan və Goranboy üzrə İşçi Qrupun rəhbəri Elxan Əsədov məlumat verib.

Onun sözlərinə görə, Naftalan şəhərində 3 fərdi evə, 1 mülki obyektə zərər dəydiyi müəyyən olunub. Goranboy rayonunda isə ilkin olaraq 300-ə yaxın fərdi yaşayış evinə, obyektə, həmçinin məktəb və inzibati binalara zərər vurulub.

"Hazırda monitorinq aparılır, hesablanma işləri davam etdirilir. Ən çox zərər görən kənd isə Tap Qaraqoyunludur", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı noyabrın 10-da ordumuzun qələbəsi ilə başa çatıb.

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »