Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədən BMT-nin qərəzli açıqlamasına sərt reaksiya
XIN - Türkiyə Xarici İşlər Nazirliyi

Türkiyə Xarici İşlər Nazirliyinin Mətbuat katibi Hami Aksoyun BMT İnsan Hüquqları Şurasının Xüsusi Prosedurlar Mexanizminin press-relizində qeyd olunan iddialarla əlaqədar bir suala cavab açıqlaması

BMT İnsan Hüquqları Şurasının Xüsusi Prosedurlar Mexanizminin press-relizindəki əsassız ittihamlar həqiqətə uyğun deyil. Bu saxta xəbərlərin yayılmasında Ermənistanın məqsədi diqqəti qanunsuz işğaldan yayındırmaq və “beynəlxalq terrorizmə qarşı mübarizədən zərər görmüş ölkə” təəssüratı yaratmaqdır.

Ermənistanın Suriya Milli Ordusunun əsgərlərinin şəkillərini qeydə aldığı və yalançı dəlil olaraq internetdə yaydığı sübut olunub. Nə bu saxta videolar, nə də şahid ifadələri müqabilində pul alan insanların şərhləri etibarlı sayılır, həqiqəti əks etdirir.

Türkiyənin rəyini gözləmədən və saxta görüntülərdən, uydurma xəbərlərdən ibarət qara təbliğat məhsullarına əsaslanan rəy BMT-nin Xüsusi Prosedurlar Mexanizminə etibarı sarsıdır. Mexanizmin qərəzli və yanıltıcı açıqlamalar verməkdənsə, şəffaf şəkildə fəaliyyət göstərməsi və bütün uyğun tərəflərin fikirlərini toplaması gözlənilir.

Digər tərəfdən, açıqlamada Ermənistanın toqquşmalarda əcnəbi döyüşçülərdən istifadəsinin xatırladılmasını bizim üçün müsbət, amma yetərsiz hesab edirik. Ermənistanın Suriyada yerləşən PKK/ONS terrorçularını Dağlıq Qarabağa göndərməsi hamıya məlumdur. Faktiki bizə məlum olan bir çox PKK terrorçusunu döyüş əməliyyatları zamanı Azərbaycan ordusu zərərsizləşdirib.

Ermənistanın Baş Naziri Paşinyanın etiraf etdiyi kimi, Dağlıq Qarabağdakı qarşıdurmalarda üçüncü ölkələrdən bir çox etnik erməni iştirak edib. Xüsusi məruzəçilərdən açıq mənbələrdə yer alan şəkillərdən bu məlumatı daha ətraflı araşdırıb açıqlamada müfəssəl əks etdirmələrini gözləyirdik.

Bəyanatda mülki şəxslərə qəsdən edilən hücumlardan bəhs olunsa da, Ermənistanın bunu etdiyinə toxunmamağı bilərəkdən laqeydlik hesab edirik. Baş nazir Paşinyanın hərbi müşaviri Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə insanlar arasında xaos yaratmaq, bununla da hərbi cinayətlər törətmək məqsədilə qəsdən hücum etdiyini bildirib. Ermənistanın beynəlxalq hüquq qaydalarını pozmasını Human Rights Watch və Amnesty International qeydə alıb.

Paylaş »
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› "Türk qoşunları Azərbaycana dəvət olunmalıdır: Rusa güvənmək olmaz"
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »