Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda atəşkəsə nəzarətə dair Türkiyə-Rusiya danışıqları başa çatıb
Türkiyə Müdafiə Nazirliyi

Dağlıq Qarabağda əldə edilən atəşkəs razılaşmasından sonra görüləcək işlərlə əlaqədar Ankaraya səfər edən Rusiya nümayəndə heyətilə texniki görüşlər başa çatıb.

Bizimyol.info xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyindən verilən məlumata görə, Qarabağda əldə edilən atəşkəs razılaşmasından sonra Türkiyə və Rusiya hərbi heyətinin birgə texniki fəaliyyətinə dair müzakiərələr başa çatıb və Rusiya nümayəndə heyət artıq Moskvaya yollanıb.

Türkiyə Müdafiə Nazirliyi yaxın günlərdə müzakirələrin davam edəcəyini bildirib.

Qeyd edək ki, dünən Ankaraya Rusiyadan 20 nəfərlik iki heyət səfər edib. Heyətlərdən biri İdlib əsas olmaqla Suriyada, digəri Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün yaradılan ortaq mərkəz və Dağlıq Qarabağdakı sülhməramlı missiyada Rusiya ilə bərabər Türkiyə hərbi qüvvələrinin də yer alması məsələsini müzakirə ediblər.

Paylaş »
››› Kaledoniya müstəqilliyini elan etdi: Fransanın əməlləri öz başında çatlayır
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› 18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm
››› "Türk qoşunları Azərbaycana dəvət olunmalıdır: Rusa güvənmək olmaz"
››› Vətən mahnısı ilə tanınan şəhid Xudayar Yusifzadə: “Şəhid olmağa gedirəm” - Video
Son xəbərlər
Bütün xəbərlər »