Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şahin quşu ovlamaq istəyən şəxs cəzalanıb
Ekologiya və Təbii Sərvətlər

Biləsuvar rayonunun inzibati ərazisində şahin quşlarının tutularaq xaricə satılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat əsasında nəzarət tədbirləri keçirilib.

Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı Biləsuvar rayonunun Azı deyilən ərazisində şahin quşlarını ovlamaq istəyən rayonun Aranlı kənd sakini Yaqub İbayev saxlanılıb:

“Qanun pozucusunun idarə etdiyi 90-UM-312 dövlət nömrə nişanlı “Niva” markalı avtomobilinə keçirilən baxış zamanı şahin quşlarının ovlanmasında istifadə edilən kustar üsulla hazırlanmış kürəyində tələ olan 2 çöl göyərçini, 5 tələ və şahin quşlarının saxlanılması üçün qəfəslər aşkar edilərək maddi sübut kimi götürülüb”.

H.Əlizadə qeyd edib ki, fakla bağlı təqsirkar Yaqub İbayev barəsində akt və protokol tərtib olunub və o, 2000 manat məbləğdə cərimə edilib”.

Paylaş »
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› İtkin düşmüş erməni əsgərlərin yaxınları Putindən imdad diləyir
››› AKP sözçüsü: "Türkiyə ordusu Qarabağda sülhün qorunması missiyasında önəmli rol oynayacaq"
››› “Ermənilər girov götürülən Dilqəm və Şəhbazı da azad etməli idi”- Hüquqşünas
Son xəbərlər
Bütün xəbərlər »