Rusiyalı MMA döyüşçüsü Sergey Xaritonov Moskvada döyülüb.
Bizimyol.info xəbər verir ki, TASS xəbər verir ki, idmançılar arasında baş vermiş davada uç nəfər xəstəxanaya yerləşdirilib. Onlardan biri 40 yaşlı idmançı Sergey Xaritonovdur.
Xaritonovun sağ gözü xəsarət alıb və burnu qırılıb. Döyüşçü noyabrın 15-də əməliyyat olunacaq. Ona beyin silkələnməsi diaqnozu da qoyulub.
Polis əməkdaşları hazırda şübhəlini axtarır. Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.