Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilər Kəlbəcəri tərk edir
Xankəndidən Yerevana gedən yolda tıxac - Video

BBC nin videoreportajı razılaşmaya iyğun olaraq ermənilərin Kəlbəcəri tərk etdiyini təsdiqləyir. Bununla əlaqədar materiallar verilməsi, razılaşmanın icra olunduğu, torpaqlarımızın müharibəsiz, qansız, şəhidsiz geri qaytarıldığını göstərmək lazımdır.

Azərbaycan Prezidenti İlham Əliyev hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi- diplomatik müstəviyə keçirməyə nail oldu.

Bununla yanaşı, BBC nin reportajında da görünür ki, ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər, hətta pəncərə çərçivələrini, unitazları belə aparırlar. İşğal olunmuş ərazilərdə maddi mədəni sərvəglərimizin dağıdılması və qarət olunması indi də davam edir. Ermənilər apara bilmədiyi hər şeyəi isə yandırır, məhv edirlər.

Prezident İlham Əliyev bu faktı İnterfaxa müsahibəsində bildirmişdi və uzaqgörənliklə xəbərdar etmişdi

Prezident İlham Əliyevin "İnterfaks" agentliyinə müsahibəsindən:

"Biz Füzuli şəhərini işğaldan azad edəndə orada bircə salamat bina tapa bilmədik. Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur".

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »