Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Düşmənin “Skad” raket kompleksi Azərbaycan ordusunun zərbəsindən sonra
Düşmənin daha bir neçə hərbi texnikası məhv edildi - Video

Qarabağda hərbi əməliyyatların şiddətlə getdiyi və düşmənin cəbhənin cənub istiqamətində sürətlə geri çəkildiyi bir vaxtda Ermənistan məğubiyyətin qisasını Azərbaycanın mülki sakinlərindən, dinc yaşayış məntəqələrindən almağa çalışırdı. Və öz arsenalında olan “Elbrus” (NATO klassifikasiyası ilə “Scud”) sovet ballistik raketləri ilə Gəncəyə zərbə endirərək böyük dağıntılara, onlarla insanın həlak olmasına səbəb olmuşdu.

Nəhayət Azərbaycan ordusu belə raket komplekslərini start vəziyyətində, Ermənistan ərazisində vurub sıradan çıxarmağa başladı. Oktyabr ayı ərzində düşmənin azı 2 “Skad” ballistik raket kompleksinin, bir neçə “Toçka-U” kompleksinin və azı 1 “İsgəndər-E” (rəsmən açıqlanmasa da) operativ-taktiki raket kompleksinin start vəziyyətində vurulduğu məlumdur.

Virtualaz.org xəbər verir ki, indi xarici jurnalistlərdən biri-Joş Fridman Ermənistan ərazisində, Azərbaycanla sərhədin yaxınlığında (Vardenis) ordumuzun “Harop” zərbə dronu ilə məhv etdiyi həmin “Skad” komplekslərindən birinin qalıqlarının görüntülərini çəkib. Görüntülərə əsasən kompleks tamamilə darmadağın olub və yanıb. Habelə kompleksə daxil olan idarəetmə maşını da məhv edilib. Bu zərbə oktyabrın 14-də endirilmişdi. İlk dəfə internetdə yayılan görüntüləri təqdim edirik:(virtualaz.org)

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
››› İntihara cəhd göstərən ərini xilas edərkən ölümünə səbəb oldu
Son xəbərlər
Bütün xəbərlər »