Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Adnan Oktara 1365 ilə qədər cəza istənildi
Həbs

Türkiyəli teoloq Adnan Oktar, yəqin ki, ömrünün sonuna qədər həbsxanadan çıxa bilməyəcək.

Bir çox cinayətlərdə, o cümlədən dövlətə qarşı əməllər törətməkdə ittiham olunaraq həbs edilən din adamına prokuror 1365 ilə qədər azadlıqdan məhrumetmə cəzası istəyib.

Bizimyol.info xəbər verir ki, prokurorluq Adnan Oktarın mütəşəkkil cinayətkar dəstə yaratdığını hesab etmişdi.

İstintaqa ümumilikdə 236 nəfər cəlb olunmuşdu, həmin şəxslərdən 78-i həbsə atılmışdı. Prokuror Adnan Oktara azı 150, çoxu isə 1365 il cəza verilməsini istəyir. Yəni teoloqun ömürlük cəza alması müzakirə mövzusudur.

Cinayət işində çox maraqlı məsələlərdən danışılır. Məsələn, istintaqa ifadə verənlərin əksəri onun İmam Mehdi olduğuna inandığını bildirib. Dəstə üzvləri onun gördüyü hər işdə bir hikmət olduğuna inanıb.

Adnan Oktar 1956-cı ildə paytaxt Ankarada doğulub. Hələ 1986-cı ildə “Yəhudilik və Masonluq” kitabına görə həbs olunmuşdu. Bir müddət Bakırköy Ağıl Xəstəlikləri Xəstəxanasında yatıb.

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
Bütün xəbərlər »