Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hikmət Hacıyev: "Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələri tərəfindən mülki obyektlərə 30 min mərmi, 227-dən artıq raket atılıb"
Hikmət Hacıyev

“Noyabrın 6-da Azərbaycan Respublikası Prezidenti tərəfindən “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb”.

APA-nın məlumatına görə, bunu bu gün 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasına həsr olunmuş brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Prezident İlham Əliyevin tərəfindən hər zaman vətəndaşlara dəymiş ziyanın aradan qaldırılması hər zaman ilk yerdədir: “Biz 2016-cı ilin aprel hadisələrində də dövlət başçısının vətəndaşlara qayğısını gördük, həmin vaxt mülkiyyətlərinə ciddi ziyan dəymiş vətəndaşlara yeni evlər tikildi. Tovuz hadisələri zamanı da mülki əhaliyə dəymiş ziyanın qiymətləndirilməsi aparıldı və vətəndaşlara dəymiş ziyan aradan qaldırıldı”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən mülki obyektlərə qarşı 30 min mərmi, 227-dən artıq raket atılıb: “Hətta ballistik, kasetli raketlərdən də istifadə edilib. Mülki obyektlərin hədəf alınması Ermənistanın hərbi doktrinasının tərkib hissəsi idi. 1990-cı illərin əvvəlində də belə addımlar atılıb, Xocalı soyqırımında da bunu görmüşük. Ermənistanın məqsədi mülki əhalini panikaya salmaq və Azərbaycanda humanitar fəlakət yaratmaq idi. Bunlar eyni taktikanı Tovuz hadisələri və 27 sentyabrdan sonra da tətbiq etdilər. 2018-ci ildə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bəyan etmişdi ki, sərhədlər boyu yaşayan 500 min azərbaycanlı mülki əhali hədəflərindədir. Amma Prezident İlham Əliyevin komandanlığı, ordumuzun səfərbərliyi nəticəsində Ermənistanın hərbi məqsədləri puça çıxdı. Ermənistan bu dəfə cəbhə xəttindən uzaq olan Gəncə, Mingəçevir şəhərlərini, Xəzər sahilində yerləşən Xızı, Siyəzən şəhərlərini də əhatə etdi. Bu, Xocalı faciəsindən davam edən bir strategiyadır. Ali Baş Komandanın rəhbərliyi altında Ermənistanın legitim hərbi obyektlərinin sıradan çıxarılması bu siyasətin geniş formada həyata keçirilməsinin qarşısını alıb”.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› “Ermənilər girov götürülən Dilqəm və Şəhbazı da azad etməli idi”- Hüquqşünas
Son xəbərlər
Bütün xəbərlər »