Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Diplomatik marazmatik və eleqant diletant
ttttt

Solovyovsayağı Bülbüloğlu və deputatın təzminat “amnistiyası” haqqında

Qarabağ ermənilərinə mədəni muxtariyyət də vermək lazım deyil. Mədəni muxtariyyət mədəni xalqa yaraşır. Son 30 ildə onların "mədəniyyət"ini gördük. Yediyi qaba, bağışlayın, tüpürənə hələ yeni bir boşqab da desert verək?! Qoy, kimsə bizim bu fikrimizə maksimalizm desin. 30 ildir minimalist olduq bu məsələlərdə, bir az da "maksimalist" olaq, dünya dağılmaz. Haqqını istəmək maksimalizmdirsə, varsın, olsun.

Polad Bülbüloğlu zorən diplomat olsa da, keçmişdə mədəniyyət xadimi olub. Hətta Azərbaycan mədəniyyətinin naziri işləyib. Mədəniyyətin siyasəti ilə məşğul olub, siyasətin mədəniyyəti başqa şeydir. Həm də, görünür, yaş da öz işini görür; Ana Təbiətin qanunlarına qarşı getmək olmaz. Onun belə səhvləri səfir üçün qəbuledilməz olsa da, bir ahıl üşün müəyyən mənada başadüşüləndir. Onunla siyasi tibb məşğul olmalıdır – belə bir bəyanat diplomatikdir, yoxsa marazmatik?! Ancaq deputat Könül Nurullayevanı isə heç bir halda "başa düşmək" lazım deyil. Gənc və eleqant olsa da, tam siyasi diletantdır; deyib ki, Ermənistan onsuz da çökür, ondan təzminat istəməyək-filan. Buna görə də töhmət alıb. Onu seç(dir)ənlərə töhmət gətirən tək o deyil əlbəttə. Son vaxtlar Milli Məclisdə töhmət alan alanadır.

Xeyr! Ermənistandan nəinki təzminat almaq, onu hər hərəkətinə peşman etmək lazlımdlr. Mən deyərdim, Ermənistanın və Qarabağdakı separatçı rejimin bütün köhnə-yeni nə qədər rəhbəri olubsa, beynəlxalq məhkəmə qarşısında dayanmalıdır. Serbiya Prezidenti olmuş Miloşeviçin, serb separatçılarının lideri Karaciçin, ya da Ukrayna dövlətinə xain çıxmış separatçı Zaxarçenkonun taleyini yaşamalıdırlar. Ermənistan öz sərhədlərini qorumağı başqa dövlətin silahlı qüvvələrinə həvalə edir, öz ordusundan isə qonşu dövlətə qarşı hərbi təcavüz və işğal məqsədilə istifadə edir. Bu gün Azərbaycan onun ordusunu darmadağın etdi; elə rəzil günə qaldı ki, ordu öz hökumətindən müharibəni dayandırmağı xahiş etdi. Ya da tələb etdi. Bunu biz demirik. Ermənistan baş naziri özü etiraf edir. Yaxşı, elə isə bu ordu Ermənistanın nəyinə lazımdır. İkinci Dünya Müharibəsinin təcrübəsuindən istifadə etmək lazımdır; biz Ermənistana ordu saxlamağı qadağan edən sazişə imza atmağı tələb edə bilərik. İkinci Dünya Müharibəsindən sonra Yaponiyaya bu qadağa tətbiq edilmişdi və uzun müddət də qüvvədə qaldı. Eyni zamanda Almaniya Federativ Respublikasına öz sərhədlərindən kənarda hərbi kontingent saxlamaq. hərbi əməliyyat keçirmək qadağası qoyuldu. O da uzun müddət davam etdi. Bir halda ki bu ordu Ermənistanın öz təhlükəsizliyini, sərhədlərini qorumağa yaramır, 2 milyardlıq büdcəsi və 8 milyardlıq xarici borcu olan ölkə bu ordunu nuyə saxlayır?! Kosta-Rika Mərkəzi Amerikada - dünyanın mürəkkəb siyasi-coğrafi əsəb nöqtələrindən birində yerləşir. Amma ordusu yoxdur. Ermənistandan da iki dəfə böyükdür. Yaxud İslandiya. Ərazisi Ermənistanınkından 3 dəfə böyük, əhalisi Ermənistanınkından 5 dəfə az. Ordu saxlamır.Təhlükəsizliyini Birləşmiş Krallığın ordusuna həvalə edib. Dünyanın ən xoşbəxt yaşayan xalqlarından biridir. Necə ki, Lixtenşeyni İsveçrə, Monakonu Fransa, Marşall Adalarını ABŞ, Samoanı Yeni Zelandiya, Solomon adalarını Avstraliya silahlı qüvvələri qoruyur. Ermənistan da öz ordusunu buraxsa və istəsə, Azərbaycan və Türkiyə onun təhlükəsizliyinə təminat verər.

Orduda bir dövlətin ən vətənpərvər və döyüşkən ruhlu vətəndaşları toplanır. Müharibənin qızğın çağında ölkəsini uçurumun qırağında buraxıb öz hökumətindən döyüşləri dayandərmaq - kapitulyasiuya etmək ricasında bulunan ordu kimin nəyinə lazımdır?! Onun heç özünün özünə xeyri dəymirsə, qorumalı olduğu xalqa nə faydası var? Ona görə də ermənilər nəinki Qarabağdan gözünü çəkməli, muxtariyyətin hər hansı bir işartısını belə unutmalı, bizə təzminat ödəməlidir, həm də ordu saxlamaqdan imtina etməlidir. Ya da öz ordusundan öz sərhədlərindən kənarda hərbi əməliyyat üçün istifadə etməmək öhdəliyi götürməlidir. Zənnimcə. Azərbaycan bu məsələləri qaldırmalı və dünya birliyinin Ermənstana bu yöndə pressinqini yaratmalıdır.

Bahəddin Həziyev Bahəddin Həzi
Paylaş »
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
Son xəbərlər
Bütün xəbərlər »