Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təklif: İnternatda yetişdirilən uşaqlara hərbi təhsil verilsin
Qəhraman Azərbaycan əsgəri

Sosial şəbəkələrdə cəbhə xəttində çəkilmiş bir foto diqqəti çəkir. İşğaldan azad edilmiş ərazilərimizdən birində əsgərimiz evlərdən birinin divarına öz imzasını atıb. "Maştağa 1 nömrəli internat".

Apardığımız araşdırmaya görə həmin əsgər 2 övlad atası Əhmədov Elçindir və qardaşı Elvin də cəbhədə döyüşüb. Həm də ən qaynar nöqtədə.

Bu şəkil məndə bir arzu oyatdı. Əslində arzudan da çox təklifdir. Çox yaxşı olardı ki, internat evlərdə sahibsiz, atılmış uşaqların tərbiyəsi xüsusi hərbi təmayüllü məktəblərdə davam etdirilərdi, xüsusi təyinatlı döyüşçülər kimi yetişdiriləydilər.

Bu yolla orta məktəbi qurtardıqdan sonra kimsəsiz qalıb əziyyətə, təhülkəli yollara düşən gənclərimizin də sayı az olardı, dövlət də yetişdirib, böyütdüyü vətəndaşına həm fayda verər, həm faydasını görərdi. Bu gün müharibə bitdimi? Məncə yox. Dünyanın ən qaynar geosiyasi məkanında yerləşən, güclü qonşuları, məkrli bir düşməni olan Azərbaycan üçün savaş heç bitməyəcək. Gücümüzü görən düşmən indi bizdən güclü olmağa çalışacaq. Yerimizdə saysaq gəlib başımızın üstündən keçəcəklər. Odur ki, durmaq olmaz. Bizim ayaqda qalmağımız üçün güclü, peşəkar orduya, çoxlu sayda xüsusi təyinatlı əsgərə, kəşfiyyatçıya ehtiyacımız var.

İlhamə

Paylaş »
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Türk hərbçiləri Ağdamda yerləşəcək - Rusiya mətbuatı
››› İqbal Ağazadə: “Elə bilirik, bayrağı vurub qoltuğumuza gedib Xankəndinə sancmaqla hər şey bitəcək”
Son xəbərlər
Bütün xəbərlər »