Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tomas de Vaal: “İlham Əliyevin artıq öz şərtlərini diktə etmək hüququ var”
Tomas de Vaal

Qarabağ münaqişəsinin həlli ilə bağlı imzalanan bəyanata baxmayaraq, Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Qarabağın “müstəqilliyinin” beynəlxalq səviyyədə tanınmasında işlərin israra davam etdiyini bildirdi. Üstəlik, Paşinyan mövcud olmayan bu quruluşun beynəlxalq səviyyədə tanınması üçün daha ciddi səbəblərinin olduğunu dedi.

Amerikanın “Karnegi Avropa Fondu” analitik mərkəzinin baş elmi əməkdaşı, politoloq Tomas de Vaal Media.az-a müsahibəsində Ermənistan baş nazirinin bu sözlərindən təəccübünü ifadə edib və bu fikirlərin reallıqdan çox uzaq olduğunu bildirib.

- Gəlin sülhməramlılardan başlayaq. Rusiya və Türkiyə kontingentlərinin münaqişə bölgəsinə gətirilməsi barədə nə düşünürsünüz? Türkiyə hərbçilərinin sayının ruslarla tam eyni olacağı artıq aydındır, məsələ sadəcə ərazi olaraq harada yerləşəcəklərindədir...

- Rusiya qoşunlarının girişinə gəldikdə, mənə elə gəlir ki, Bakı ilə Moskva arasında bu barədə uzun danışıqlar aparılıb. Gəlin “Lavrov planı”nın ən azı bir neçə il müzakirə olunduğunu xatırlayaq. Burada mövcud kampaniyanın hərbi nəticələri barədə danışmaq lazımdır. Şuşanın götürülməsi elə bir miqyaslı hadisədir ki, Azərbaycan sonda Rusiya sülhməramlılarının iştirakına icazə verə bilər.

Burada başqa bir çox vacib məqam var. Dağlıq Qarabağdakı erməni əhalisinin təhlükəsizliyinə məhz Rusiya hərbçiləri məsuldur. Bakının bu barədə əlavə baş ağrısı olmayacaq. Beləliklə, Rusiya sülhməramlılarının gətirilməsinə razılıq Azərbaycan hökuməti üçün qəbul edilən və düzgün addımdır.

Bundan başqa, beş il sonra bu qoşunların mövcud mandatına veto da qoyula bilər.

Hesab edirəm ki, bu, Azərbaycanın və Prezident İlham Əliyevin mübahisəsiz qələbəsidir. Artıq yeni siyasi reallıqda Azərbaycan liderinin şərtlərini diktə etmək hüququ var.

Türkiyə hərbçiləri barədə ayrıca danışmağa dəyər. Onlar olacaqlar. Bəli, bəlkə də Dağlıq Qarabağın özündə deyil, digər bölgələrdə - yaxınlıqda və bu çox vacibdir.

- Ermənistanın baş naziri Nikol Paşinyanın hazırda Dağlıq Qarabağın “müstəqilliyini” tanımaq üçün daha çox əsas olduğu barədə qəribə açıqlamasını necə qiymətləndirirsiniz?

- Bu həqiqətən qəribədir. Münaqişə zamanı Nikol Paşinyan daxili auditoriya üçün çox açıqlamalar verdi. Xarici dünyanın da onu dinlədiyini isə düşünmürdü. Ermənistanın baş naziri xalqını hazırlamadı, erməni qoşunlarının dağılmaq üzrə olduğu barədə xəbərdar etmədi. Bütün bunlar ona qarşı böyük bir etiraz dalğasına səbəb oldu.

Nikol Paşinyanın Qarabağın tanınması ilə bağlı açıqlamasına qayıdaraq deyə bilərəm ki, reallıq dəyişib və Ermənistanın baş nazirinin, yumşaq desək, hazırkı ritorikasına uyğun gəlmir.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
Son xəbərlər
Bütün xəbərlər »