Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sabah"ın prezidenti: "Biz günahkar yox, çıxış yolu axtarırıq"
Futbol

"Çempionat uzun marafondur. Burada ardıcıl qələbələrlə yanaşı, məğlubiyyətlər də ola bilər".

Bu fikirləri "Report"a açıqlamasında "Sabah"ın prezidenti Maqsud Adıgözəlov komandanın Azərbaycan Premyer Liqasındakı uğursuz çıxışı barədə danışarkən deyib.

Funksioner bildirib ki, mövsümə yaxşı başlayan kollektivin sonradan bunun ardını gətirə bilməməsinin bir neçə səbəbi var: "Fikrimcə, bu sualın konkret cavabı yoxdur. Amma düşünürəm ki, qeydə alınan uğursuz nəticələrdə futbolçuların psixoloji durumu, bir neçə əsas heyət oyunçusunun zədə səbəbindən bəzi matçları buraxması və s. səbəblər rol oynamış ola bilər. Komanda uduzursa, bunda hamının günahı var. Amma biz günahkar yox, səhvləri düzəltmək üçün yollar axtarırıq".

"Sabah" Premyer Liqada keçirdiyi son 6 oyunun hamısında uduzub. Buna baxmayaraq, Adıgözəlov baş məşqçi Visente Qomesi istefaya göndərmək barədə düşünmədiklərini söyləyib: "Qomes Azərbaycanda yenidir. Ona ölkə futboluna uyğunlaşmaq üçün vaxt lazımdır. Düzdür, son oyunlarda yaxşı nəticə əldə edə bilmirik. Amma deməzdim ki, komanda zəif oyun nümayiş etdirir. Biz baş məşqçiyə vaxt verilməsinin tərəfdarıyıq".

Klub prezidentinin sözlərinə görə, komandanın nəticələri Müşahidə Şurasının (MŞ) iclasında müzakirə olunacaq: "Bizdə MŞ-nin toplantısı ilin sonunda olacaq. Hələ ki, heç bir müzakirə aparılmayıb. Amma MŞ-nin iclası olanda bu məsələlər müzakirə ediləcək".

Adıgözəlov qış fasiləsində heyətdə ciddi dəyişikliklərin olmayacağını vurğulayıb: "Bu barədə danışmaq üçün hələ tezdir. Qarşıda bir neçə oyun var. Çempionatın ilk yarısı başa çatdıqdan sonra dəqiq fikir bildirmək olar. Sadəcə, onu demək mümkündür ki, köklü dəyişikliklər gözlənilmir".

Qeyd edək ki, "Sabah" 9 turdan sonra 6 xalla sonuncu pillədədir.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
Son xəbərlər
Bütün xəbərlər »