Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KİV: Donald Tramp vəzifə borcuna səhlənkar yanaşır
Donald Tramp

ABŞ prezidenti Donald Tramp bütövlüklə 3 noyabr seçkilərinin nəticələrini ləğv etdirməyə başı qarışdığından birbaşa vəzifə səlahiyyətlərinə səhlənkarlıq göstərməyə başlayıb.

“Report” “The Washington Post”a istinadən xəbər verir ki, koronavirusun səbəb olduğu böhran şəraitində belə ölkə başçısı yalnız öz siyasi məsələlərilə məşğul olur, nə özü, nə də köməkçiləri jurnalistlərə məlumat verirlər, ölkədə və xaricdə baş verənlərə də şərh vermirlər.

Seçkilərdə Co Baydenin qələbə çaldığı açıqlanandan bu yana D.Tramp cəmi iki dəfə jurnalistlərlə görüşüb, hər dəfə də seçki saxtakarlığından danışıb. 11 noyabr Veteranlar Günü münasibətilə Arlinqton qəbiristanlığında naməlum əsgərin abidəsini ziyarət edən prezident seçkilərdən sonra ictimaiyyətə ilk və son dəfə göründü.

Lakin Ağ Evin mətbuat katibinin müavini Cadd Der verdiyi açıqlamada prezidentin ölkə idarəçiliyindən əl çəkməsinə dair hər cür ehtimalların düzgün olmadığını, dürüst və ədalətli seçki uğrunda mübarizəsini vəzifə borcu ilə birləşdirdiyini vurğulayıb.

Xatırladaq ki, seçkilərdə Demokrat Partiyasının namizədi Co Bayden qələbə çaldığını açıqlasa da, hazırkı prezident D.Tramp bununla razılaşmayaraq səslərin hesablanması ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib.

Paylaş »
››› Kaledoniya müstəqilliyini elan etdi: Fransanın əməlləri öz başında çatlayır
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› 18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm
››› "Türk qoşunları Azərbaycana dəvət olunmalıdır: Rusa güvənmək olmaz"
››› Vətən mahnısı ilə tanınan şəhid Xudayar Yusifzadə: “Şəhid olmağa gedirəm” - Video
Son xəbərlər
Bütün xəbərlər »