Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bahəddin Həzi: Paşinyan bizə sərf edən siyasi fiqurdur - Video
Bahəddin Həziyev

Bizimyol.info saytının baş redaktoru, siyasi şərhçi Bahəddin Həzi ARB24 telekanalına müsahibə verib.Proqramda Ermənistandakı daxili vəziyyət, bundan sonra məsuliyyətin kimin üzərində olacağı və digər məsələlər müzakirə olunub.

Bahəddin Həzi bildirib ki, Ermənistanda mövcud sosial-iqtisadi böhrana hərbi və siyasi böhran da əlavə olundu. "Ermənistan mütəffiqlərinə səmimi davranış sərgiləmədiyinə görə həm Qərbin, həm Rusiyanın etimadını itirdi. Eyni zamanda Qarabadan gedən ermənilər də humanitar psixoloji və mənəvi böhran yaradacaq. Qısası Ermənistan böhran buketinə çevrilib. O məğlub ölkə durumundadır, hajkimiyyət legitimliyini itirib və situasiyaya nəzarət edə bilmir. Çıxış yolunu müxalifət liderlərini həbs etməkdə, repressiyada görür.

Müxalifət və iqtidar bir- birini ittiham edir. Paşinyan deyir müharibə istəyirsinizsə çıxış yolu da göstərin. Məsuliyyəti hər kəs bir-birinin üzərinə atır və nə olacağı prosseslərin gedişatından da asılıdır. Üstəlik onun ən yaxın müttəfiqi olan Rusiyanın da bu prosseslərə təsir imkanı böyükdür.Mənim gözləntim budur ki, Ermənistandakı hakimiyyət siyasi səhnədən uzaqlaşdırılacaq, Paşinyanın ətrafına Rusiyanın öz adamları yerləşdiriləcək, onlar üçün alçaldıcı sayılan o müqavilə şərtləri icra etdirildikdən sonra, növbəti mərhələdə Paşinyan da hakimiyyətdən uzaqlaşdırılacaq. Hərçənd indi Paşinyanın hakimiyyətdə qalması bizə sərf edir. O bizim xeyrimizə olan siyasi fiqurdur".

İlhamə

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »