Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mikael Minasyan: “Ermənistan komadadır, erməni xalqı yetim qalıb”
Xankəndidən Yerevana gedən yolda tıxac - Video

Ermənistanın indiki vəziyyətini hamıdan yaxşı ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyan ifadə edib. O, Ermənistanın komada olduğunu deyib.

Bizimyol.info xəbər verir ki, Minasyan ölkənin çox ağır duruma düşdüyün dilə gətirib. Keçmiş səfir Ermənistanda gerçək faciə yaşandığını bildirib.

“Bu gün Kəlbəcərdə, Berdzorda (Laçın), başqa yaşayış məntəqələrində sakinlər əşyalarını kreditə çağırdıqları taksilərə yığıb, türklərə qalmaması üçün evlərinə od vurublar. Nikol onların baba ocağını Azərbaycana verdi. Hadrutlular Yerevanda qapı-qapı gəzərək Nikola verilməli olan sualı səsləndirirlər: “Bəs biz harada yaşayaq?” Sosial Məsələlər Nazirliyi onların qayğısına qalmır. Hər 10 nəfəri bir otaqda yerləşdiriblər. İnsanlara deyiblər ki, dövlət büdcəsində qidalanma xərcləri nəzərdə tutulmayıb”.

Minasyanın sözlərinə görə, indi İrəvanda ən çox tapılmayan əşyalardan biri əlil arabasıdır. Ermənistan ordusunda xeyli ağır xəsarət alan, amputasiyaya məruz qalan var.

“Ayağını itirən əsgəri atası qucağında gəzdirir. Çünki Səhiyyə Nazirliyi mövcud deyil. Ermənistan dövləti sarsılıb, komadadır. Erməni xalqı Nikolla yetim qalıb. Yalnız 4 qurum işləyir: Milli Təhlükəsizlik Xidməti, polis, prokurorluq və məhkəmə. Onların da işi Nikolun hakimiyyətini qorumaqdır. Yalnız tutub içəri basmağı bilirlər. Mafioz qruplar silahlanıb, vətəni satan, satqın Nikolu və onun ailəsini qoruyurlar”.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
Son xəbərlər
Bütün xəbərlər »