Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Noyabrın 14-nə olan hava proqnozu
hava

Noyabrın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Sabah cənub-şərq küləyi əsəcək.

Bizimyol.info xəbər verir ki, ETSN-in Milli Hidrometeorologiya Xidmətindən verlən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 11-14, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Noyabrın 14-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 11-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

Noyabrın 14-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Paylaş »
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
››› Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib
››› Yerevanda polis etirazçılara güc tətbiq edib, Paşinyanın əleyhdarları saxlanılıb - Video
››› Niyə Yerevanda erməni hərbi əsirlərin Bakıda parada çıxarılacağından qorxurlar?
Son xəbərlər
Bütün xəbərlər »