Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əli Nur şəhid oğlu haqqında : Hələ uşaqkən qaçıb I Qarabağ savaşına getmişdi
Əli Nur

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nurun oğlu şəhid olub.

Bizimyol.info-ya açıqlama verən Xalq artisti oğlu Rövşən Nurzadənin uşaq yaşlarından vətənə bağlı biri olduğunu və hələ 9-cu sinifdə oxuduğu vaxtlarda qaçıb Qarabağa döyüşə getdiyini bildirib. “Rövşən 1-ci Qarabağ müharibəsi vaxtı 9-cu sinifdə oxuyurdu. Qaçıb getmişdi Qarabağa. Oradan bir mayor Rövşəni götürüb gətirmişdi evə. İqtisad Universitetini bitirmişdi. Lakin oğlum dedi ki, ata, mən hərbiçi olmaq istəyirəm. Akademiyanı oxudu və getdi Qarabağa. Ağdamda N saylı hərbi hissədə komandir kimi 10 il çalışıb.

Ehtiyata buraxılmışdı. Müharibə başlayan kimi gedib ərizə verib və yollanıb cəbhəyə. Heç bizim xəbərimiz olmayıb. Ordan bizə zəng edirdi ki, Zəngilandayam, Qubadlıdayam. Axırıncı dəfə Şuşada döyüşüb və orada da şəhid olub”,- deyib danışdıqca kövrələn, qəhərlənən akttyorumuza, şəhid atasına dərin hüznlə baş sağlığı veririk.

2 oğul övladını bizlərə əmanət qoyub gedən şəhidimiz Rövşən Nurzadəyə Allahdan rəhmət diləyirik!

Leyla Mirzə

Paylaş »
››› Vətən müharibəsində xeyriyyəçilik etmiş iş adamı həbs edildi
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Pandemiya yalandır, insanları öldürən kimyəvi maddədir... - Azərbaycanlı psixiatr
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› Vitse-spikerin müsahibəsi Ramiz Mehdiyevi bitirə bilər
Son xəbərlər
Bütün xəbərlər »