Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Beynəlxalq səviyyədə Ermənistana qarşı təzminat iddiası qaldırılmalıdır” - Keçmiş maliyyə naziri
Fikrət Yusifov

“Azərbaycan hökuməti beynəlxalq qiymətləndirmə şirkətlərini iştirakı ilə işğaldan azad olunmuş ərazilərə Ermənistan ordusunun vurduğu ziyan mütləq hesablanmalıdır”.

Bunu Bizimyol.info-ya açıqlamasında iqtisad elmləri doktoru, professor, keçmiş maliyyə naziri Fikrət Yusifov bildirib.

F.Yusifov qeyd edib ki, Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarımıza, dağıdılmış infrastruktura, binalara, evlərə dəyən ziyan hesablanmalıdır: “Eləcə də, 27 ildə faktiki itirilmiş qazanc da hesablanmalıdır. Bu ziyanın zaman baxımından dəyəri müəyyənləşməlidir.

Ermənistana qarşı beynəlxalq səviyyədə təzminat iddiası qaldırılmalıdır. Ermənistandan da dəymiş ziyanın ödənilməsi tələb olunmalıdır. Bu, fakt digər ölkələrə də bir nümunə olacaq ki hərbi aqressiya etmək olmaz. Yəni hərbi aqressiyanın sonunda nəinki işğal etdiyin ərazi azad olunur, hətta vurduğun zərərə görə kompensasiya da ödəməli olursan. Bu gün Avropanın qüdrətli ölkəsi olan Almaniya faşizm hakimiyyətinin yəhudilərə vurduğu zərəri ödəyir. Beynəlxalq səviyyədə Ermənistana qarşı təzminat iddiası qaldırmaq lazımdır ki, bu, bütün işğalçı ölkələrə dərs olsun. Yəni müharibə qərarlarının altından imza atmaq olmaz”.

Ramid İbrahimov

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› Fransa XİN: “Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir”
Son xəbərlər
Bütün xəbərlər »