Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sülhməramlıların məramı barədə
Rusiya sülhməramlıları Xankəndiyə daxil olub

Qələbə gecəsi nələr baş verdi? Rusiyaya məxsus helikopterin Naxçıvan ərazisindən açılan atəş nəticəsində vurulduğu bildirildi, hadisədən bir neçə dəqiqə sonra Azərbaycan XİN-in üzrxahlığı təqdim olunsa da , xəbər təsdiqini tapmamış təkzib olundu. Rusiya sükutu qoruyur.

Bir neçə çaat sonra Rusiya tərəf biz təxribatlara uymuruq deyir, bir az rahatlayırıq. Ardınca Bakı səmasında gurultu eşidilir, raket Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilsə də, bu barədə məlumat verilmir. Savaş içindəki müdrik xalq isə əlbəttə anladığını anlayır, ən böyük yükün cənab Ali Baş Komandanın üzərinə düşdüyünü,onun eyni anda bir neçə siyasi cəbhə ilə savaşdığını bilir. Ardınca qələbə xəbəri yayılır, Putinlə imzalanan müqavilə və rus sülhməramlılarının tələsik şəkildə Qarabağa yerləşdirilməsi. Elə bu andan başlanan gərgin müzakirələr, narahatlıqlar.

Xalq haqlı olaraq gördüyünü gördükdən sonra "Rusiya girdiyi yerdən qansız çıxmır" deyir. Amma bu deyənlərə kiçik bir xatırlatma. 1600 nəfərlik rus sülhməramlıları 1996-dan Bosniyada, 1999-dan Kosovada xidmət aparıb və 2003-cü ildə müddəti başa çatdığı üçün həmin əraziləri tərk ediblər. Balkanlar Rusiya üçün Qarabağdan min dəfə önəmli idi, çünki NATO indi o ərazilərdə baza qurub. Bununla belə öhdəlik-öhdəlikdir! Bundan başqa, ruslar Anqola, Liberiya, Mozambik, Ruanda, Burundi, Cənubi Sudan, Serre Lione və s. müddətli sülhməramlı missiyaları başa çatdıraraq ölkəyə qayıdıblar. O ki, qaldı Abxaziya, Osetiya və Dnestryanıda müddətsiz "sülhməramlı" missiyasına. Hamımız bilirik ki, bu bölgələrdəki qüvvələr təktərəfli, heç bir razılıq olmadan və heç bir yüksək səviyyəli öhdəlik götürülmədən qəbul edilib. Yəni o qüvvələri Rusiyanın özündən başqa heç kim "sülhməramlı" kimi tanımır. Bu bölgələrlə Qarabağ arasında paralel aparmaq olsa da eyniləşdirmək olmaz.

Amma düşmən tərəfin bu məğlubiyyəti qəbullanmadığını, dayıları Lavrov tərəfindən verilən açıqlamalarla əsəblərimizin məhz bu səbəbdən cırmaqlandığını unutmuruq. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan deyib: "Ermənistanın Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyanın Hava-Komsik Müdafiə Qüvvələri ilə birlikdə Ermənistanla Dağlıq Qarabağın hava məkanını qapadılar. Bu məkanlar artıq uçuşlar üçün qapalı zonadır. İstinda hərbi və qeydə alınmış mülki aviasiya üçündür".

Rəsmi İrəvanın belə bəyanat verməsinin səbəbi bu sülhməramlılara arxayınlıqdır.

Araşdırmaçı jurnalist Elçin Alıoğlu Bizinyol.info-ya verdiyi açıqlamada bildirib ki, ermənilər Qarabağda peyda olan rusiyalı sülhməramlılara güvənərək "Ermənistan və Dağlıq Qarabağ" ifadəsin legitim sayır.

"Dağlıq Qarabağ" Azərbaycan torpaqlarıdır və kimsə, oranı "qapalı zona" elan edə bilməz.

Rusiyalı sülhməramlılar belə qərar versələr, hədlərini aşacaqlar və missiyaları başlamamış bitəcək.

Ermənistan isə ekstaza düşməsin, rusiyalı hərbçilərin vertolyotlarını və ZTR-lərini görüb konvulsiyalarda qıvrılmasın.

"Səmanı qapatmağın" nə olduğunu çox asanlıqla göstərə bilərik.

Kimlərsə deyəsən, qaşınmağa başlayıb.Azərbaycan əsgəri bu qaşınmanın çarəsini əla bilir.

"Ümid" Partiyasının sədri İqbal Ağazadə isə hesab edir ki, üçtərəfli bağlanan müqavilənin gələcəkdə tam xeyrimizə olması və bizi qane etməyən tərəflərin xeyrimizə dəyişməsi üçün xüsusilə, Rusiya sülhməramlılarının ərazimizə gəlişi nəzərə alınaraq

Qarabağda məskunlaşma sürətlə həyata keçirilməli, ilk növbədə Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarından köçkün düşmüş şəxslər geri qaytarılmalıdır. Murovdan Laçın koridoruna kimi yeni yol çəkilməli, təkcə Ağdərədən keçən yolun ümidinə qalmamalıyıq. Şuşa şəhərinə xüsusi status verilməli, iqtisadi, turizm imkanları genişləndirilməli, ayrı-ayrı turizm mərkəzlərilə əlaqələr qurulmalıdır. İşğaldan azad olunmuş bölgələrin rayon mərkəzləri təmas xəttinə yaxın yerdə salınmalı, sürətli inkişafın elementləri yerli ermənilərə nümayiş etdirilməlidir. İşğaldan azad olunmuş bölgələrdə fəaliyyət göstərmək istəyən şirkətlərə vergi güzəştləri tətbiq edilməli, həvəsləndirici layihələr hazırlanmalıdır. Gələcək konflikdən və məğlubiyyətdən qaçmaq üçün həmin ərazilərdə hərbi müdafiə xüsusi proqram əsasında qurulmalıdır.

Hazırda Rusiya və Amerika Ermənistanda toqquşur. Qarabağ üzərində Rusiya- Qərb, Rusiya- Ermənistan, Azərbaycan- Qərb, Azərbaycan- Ermənistan, Rusiya- Türkiyə münasibətləri yeni formata qədəm qoyur.

Kimin qalib gəlməsindən asılı olmayaraq biz vaxtında və ən arzuolunan vəziyyətdə Qarabağı qaytara bildik. Prezidentimizin mükəmməl strateji düşüncəsi sayəsində razılaşmanı tam vaxtında, qəti Qələbə şərtləri ilə bağladıq və Qarabağ ən yaxşı variantla azad etdik. Amma savaş bitdimi? Məncə yox. Su yatar, düşmən yatmaz.Bu 5 il ərzində düşmən güclənəcək deyirlər. Bizim əlimiz də armud toplamayacaq. Biz Simurq quşu kimi küllərimizdən doğduq. İndi qorxmalı olan tərəf biz deyilik. Amma ehtiyatlı igidin də anası ağlamaz. Bir daha anamız Azərbaycan ağlamasın deyə həm siyasi, həm iqtisadi, həm elmi- texnoloji, həm də hərbi sahədə güclənməliyik.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
Son xəbərlər
Bütün xəbərlər »