Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistana ermənilərdən daha yaxın dost olan bizimkilər: Səfir, deputat...
Xankəndidən Yerevana gedən yolda tıxac - Video

Son günlər bəzi dövlət məmurlarının çıxışları haqlı olaraq Azərbaycan xalqının etirazlarına səbəb olub.

Belə ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RBK telekanalına müsahibəsində Dağlıq Qarabağda yaşayacaq ermənilərə mədəni muxtariyyət verilə biləcəyini söyləyib.

“Türkiyə Rusiya ilə ortaq mərkəz çərçivəsində Dağlıq Qarabağdakı atəşkəs rejimi üzərində texniki nəzarətdə iştirak edəcək, bölgədə türk sülhməramlıları olmayacaq. Söhbət türk sülhməramlılarının, əsgərlərinin gətirilməsindən getmir. Söhbət tərəflərin bəyanatın icrasına texniki nəzarətindən gedir.

Polad Bülbüloğlu Polad Bülbüloğlu

Dağlıq Qarabağda yaşayacaq ermənilərə yalnızca mədəni muxtariyyət verilə bilər.”

Polad Bülbüloğlunun bu müsahibəsindən sonra dərhal Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açıqlama verərək buna etiraz edib.

Prezidentin köməkçisi deyib: “Məsələnin mahiyyətinə varmadan Azərbaycanın Rusiyadakı səfirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı söylədikləri qəbuledilməzdir. Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri və digər rəsmi şəxsləri ölkənin rəsmi mövqeyinə və Prezident İlham Əliyevin yürütdüyü siyasətə zidd olan özbaşına açıqlamaların verilməsindən çəkinməlidirlər”.

İctimaiyyətin qəzəbinə səbəb olan təkcə Polad Bülbüloğlu deyil, Türkiyə telekanalına açıqlama verən deputat Könül Nurullayevada bu siyahıdadır.

Ermənistana ürəyi yanan azərbaycanlı deputat Könül Nurullayeva müsahibəsində bilirib ki, Azərbaycanın ondan təzminat istəməsi önəmli deyil.

"Ermənistanın iqtisadiyyatı çökmüş, xarici borcu artmış, əhalisinin sosial təminatı pisləşmişdir. Azərbaycanın ondan təzminat istəməsi önəmli deyil".

Xalqın həssas dönəmində Könül Nurullayevanın səsləndirdiyi fikirlərə görə, Milli Məclis tərəfindən hansısa tədbirlər görülə bilərmi?

Bu suallarımıza cavab tapmaq üçün Milli Məclisin deputatı Sahib Əliyevlə əlaqə saxladıq. Lakin deputat fikir bildirməsinin düzgün olmadığını söylədi.

“Hansısa deputatın digər bir deputatın açıqlaması ilə bağlı açıqlama verməsini düzgün saymıram. Açığı söhbətin nədən getdiyindən də xəbərsizəm”.

Deputat İlham Məmmədov isə "Könül Nurullayevanın bu fikri dövlətin mövqeyi deyil" deyə bildirib.

“O deputatın öz fikridir. Biz ona nə deyə bilərik ki? Hərənin öz ağlı, düşüncəsi və baxışı var. Deputatın bu fikri dövlətin mövqeyi deyil. Rusiyaya baxsaq görərik ki, Vladimir Putin açıqlamasında deyir ki, sülh müqaviləsi bağlanır və Azərbaycanın rayonları boşaldırlır. Lakin Rusiya mətbuatı Azərbaycanın əleyhinə çox pis fikirlər səsləndirir.

Xalqın özü, ziyalı təbəqəsi hər şeyi gözünün qabağına gətirsin ki, biz möcüzə ilə rastlaşdıq. Cənab prezidentin qətiyyəti ilə biz həlli mümkün olmayan bir məsələni həll etdik”.

Qeyd edək ki, bir neçə gün öncə deputat Bəhruz Məhərrəmov İranla bağlı səsləndirdiyi fikirlərə görə Milli Məclisin İntizam komissiyası tərəfindən töhmət verilmişdi.Xalqın taleyinin ən önəmli dövründə Türkiyə teleakanalına belə bir fikir səsləndirməklə öz xalqının etirazlarına, qəzəbinə səbəb olmuş deputatımız da hesab edirik ki, cəzasız qalmamalıdır.

Leyla Mirzə

Paylaş »
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
››› “Şəhid olacağımı düşünüb Kəlmeyi-şəhadətimi oxudum” – Döyüşdə qolunu itirən qazi
Son xəbərlər
Bütün xəbərlər »