Balakəndə iki otaqlı fərdi yaşayış evində yanğın baş verib.
Bizimyol.infoxəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın hadisəsi rayonun Meşəşambul kəndində baş verib. Ümumi sahəsi 120 kv/m olan kürsülü 1 mərtəbəli 2 otaqlı evin 1 otağının tavanı və dam örtüyü 60 kv/m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.