Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya sülhməramlıları Xankəndiyə daxil olub
Rusiya sülhməramlıları Xankəndiyə daxil olub

Rusiyanın 15-ci əlahiddə motoatıcı briqadasının sülhməramlı batalyonu Xankəndinə daxil olub.

APA xəbər verir ki, bunu RF Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.

“Bu gün, noyabrın 12-də Rusiya sülhməramlı kontingentinin ön xətt bölmələri Dağlıq Qarabağ ərazisində atəşin və hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmaya nəzarət etmək üçün tapşırıqlarının icrasına başlayıblar. Atəşkəs bütün təmas xəttində müşahidə olunur”, - Konaşenkov belə deyib.

O qeyd edib ki, Dağlıq Qarabağda və Laçın dəhlizindəki təmas xətti boyunca 10 müşahidə məntəqəsi yerləşdirilib. Onlardan dördü “Cənub” məsul zonasındadır.

“Sülhməramlı kontingentin bölmələri Laçın dəhlizini və Laçın yolunun bir hissəsini – Lısoqorsi sovxozunu nəzarətə götürərək, orada altı müvəqqəti müşahidə postu yaradıb”, - deyə İ.Konaşenkov əlavə edib.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
Son xəbərlər
Bütün xəbərlər »