Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Daşnaksutyun” üzvü: “Döyüşən dostlarıma nə qoruyucu jilet vermişdilər, nə də kaska”
Armen Rüstəmyan

Ermənistanda Baş nazir Nikol Paşinyanı gün keçdikcə daha çox günahlandırırlar.

Onu Qarabağ məğlubiyyətinə görə satqın adlandırırlar.

Bizimyol.info xəbər verir ki, prosesdə terror təşkilatı kimi tanınan “Daşnaksutyun” da fəal iştirak edir.

Partiyanın əsas simalarından sayılan Armen Rüstəmyan İrəvan aksiyasında hakimiyyətin məsuliyyətsizliyindən, bacarıqsızlığından danışıb.

“Baxın, polislər üstümüzə qoruyucu jiletlə gəlir, qarşımızı kəsirlər. Amma mənim döyüşən dostlarıma Şuşada nə qoruyucu jilet vermişdilər, nə də kaska. Buna görə də yaralandılar. Onlara əmr olunurdu ki, jiletsiz, kaskasız hücuma keçin. Çatışmazlığı deyəndə də bildirirdilər ki, gedin həlak olanların üstündən götürün”.

Ermənilər xəbərə reaksiya verərkən yazırlar ki, hərbi komissarlıqda çağırışçılara hətta hərbi geyimi özü ilə gətirmək lazım olduğu bildirilir. Onlar bu vəziyyətdə qalib gəlməyin mümkünsüzlüyünü qeyd edirlər.

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
Son xəbərlər
Bütün xəbərlər »