Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Xərçəngəm” deyərək yardım saytında bir evin pulunu topladı, qumarda uduzdu - Foto
“Xərçəngəm” deyərək yardım saytında bir evin pulunu topladı, qumarda uduzdu - Foto

Dələduzluq sərhəd tanımır. İngiltərədə baş verən bir hadisə əminliklə belə deməyə əsas verir.

Bizimyol.info xəbər verir ki, Avropa ölkəsində “xərçəngəm” deyərək yardım saytında pul toplayan qadın sonradan böyük məbləği qumarda uduzub. Nikol Elkabbass yüzlərlə insanın hissləriylə oynayıb.

Nikol Elkabbass Nikol Elkabbass

42 yaşlı qadın “GoFundMe” layihəsində inanılmaz dələduzluq nümunəsi göstərib. O, yumurtalığında xərçəng aşkarlandığını bildirib, hamını buna inandırıb. Qısa zamanda onun dərdinə yanan yüzlərlə insan ortaya çıxıb. 45 min funt sterlinqdən çox (60 min dollara qədər) vəsait toplanıb.

Nikol Elkabbassın fırıldağını hüquqşünas Ben İrvin üzı çıxarıb. Onun diqqətini saytda yardım toplayan ana və 11 yaşlı uşağın lüks həyat sürməsi çəkib. Bir az araşdırmadan sonra Nikolun, ümumiyyətlə, xəstəlik yaşamadığını müəyyənləşdirib. Hətta qadının qumarda böyük pullar uduzduğu dəqiqləşib. İndi Elkabbass qanun qarşısında cavab verməlidir.

Son xəbərlər
Bütün xəbərlər »