Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəbhəyanı ərazilərdə əhaliyə dəymiş ziyanın qiymətləndirilməsinə başlanılıb
Cəbhəyanı ərazilərdə əhaliyə dəymiş ziyanın qiymətləndirilməsinə başlanılıb

Sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazilərini ağır artilleriyadan atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın siyahıya alınmasına başlanılıb.

APA-nın xəbərinə görə, dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılan Dövlət Komissiyası Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Naftalan və digər şəhər və rayonlara ezam olunublar.

Ağdam rayonu üzrə işçi qrupun rəhbəri Dövlət Vergi Xidməti rəisinin müşaviri Taryel Quliyev APA-ya verdiyi xəbərə görə, erməni hərbçilərinin Azərbaycanın yaşayış məntəqələrinə hərbi təcavüzü nəticəsində ziyan çəkmiş dinc əhalinin, onların əmlakının, dövlət obyektlərinin sayılmasına başlanılıb, eyni zamanda dəymiş ziyan qiymətləndirilir və vəziyyəti öyrənilir. Müvafiq qiymətləndirmə işləri başa çatdıqdan sonra təmir-bərpa işlərinə başlanılacaq.

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› İranın yeni prezidenti bəlli oldu - Foto
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› Azərbaycanda Türkiyə hərbi bazası Rusiyanı qorxutdu, Kreml təhdid etdi
››› Qarabağ qazisi: "Əlillik pensiyamı kəsiblər, nə yeməliyəm, hava ilə dolanmalıyam?!"
››› Tibb bacılarına 500 dəfə “mən axmağam” yazdıran baş həkimlə bağlı yeni təfərrüatlar
››› Azərbaycanda daha bir tragikomediya: “Məmur valı əyri olan kombaynı mənə sırıyıb belimi qırdı”
Son xəbərlər
Bütün xəbərlər »