Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gevork Kostanyan: “Nəinki ərazi itirdik, həm də Azərbaycana 50 milyard dollar ödəməliyik”
Gəncə

Ermənistanda Baş nazir Nokol Paşinyanı atəşkəs razılaşmasını imzalamasına görə lənətləyirlər. Ölkədə böyük etiraz aksiyaları keçirilir. Paşinyan xalqın qarşısına çıxmağa cəsarət etmir.

Bizimyol.info xəbər verir ki, Ermənistanın Avropa Məhkəməsindəki keçmiş nümayəndəsi Gevork Kostanyan çox maraqlı nüansa diqqət yetirib. Onun sözlərinə görə, imzalanan sənəd ölkəsinin üzərinə Azərbaycan qarşısında böyük maddi öhdəlik qoyur.

“Biz nəinki ərazi itirdik, həm də 50 milyard dollar ödəmək öhdəliyini götürdük. Hələ iki il əvvəl xəbərdarlıq etmişdik ki, Azərbaycan Dağlıq Qarabağda və ətraf 7 rayonda maddi zərərlə bağlı bizə qarşı iddia hazırlayır. Əvvəlcə bu iddia ilə bağlı yetərincə sübutları yox idi. Zərəri hesablamaq üçün beynəlxalq təşkilatla anlaşdılar. Ortaya 50 milyard dollar zərərlə bağlı hesabat çıxdı. Bir neçə gün əvvəl Azərbaycan prezidenti də belə iddia hazırlanmasından danışmışdı”.

Kostanyanın sözlərinə görə, Paşinyan sənədə imza atmaqla Ermənistanı öhdəliyi üzərinə götürən subyektə çevirib. Avropa Məhkəməsindəki keçmiş nümayəndə bunu rüsvayçı səhv adlandırıb. Onun fikrincə, ilk addım Paşinyanın istefası olmalıdır. Amma Kostanyan istənilən halda zərərdən qaça bilməyəcəklərini söyləyib.

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »