Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın evindən oğurluq edənlər tutulub
İrəvan, Ermənistan

Baş nazir Nikol Paşinyanın iqamətgahından bir sıra əşya və sənədlər oğurlayan 3 nəfər şəxsi saxlanılıb.

Bizimyol.info erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti noyabrın 10-da etiraz aksiyaları zamanı oğurluq etməkdə şübhəli şəxsləri saxlayıb. Baş nazirin evindən oğurlanmış əşyalar həmin şəxslərin üzərində tapılıb. Onlar öz əməllərini etiraf ediblər.

Qeyd edək ki, noyabrın 10-da Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Yerevanda etiraz aksiyaları başlayıb.

Bir qrup etirazçı Nikol Paşinyanın iqamətgahına daxil olaraq oradan kompüter, saat, ətir, sürücülük vəsiqəsi, hərbi bilet və digər əşyalar oğurlayıb.

Paylaş »
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
Son xəbərlər
Bütün xəbərlər »