Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov: “Həmsədrlərin tərkibinin genişləndirilməsi planlaşdırılmır”
Sergey Lavrov

Rusiya, ABŞ və Fransanın daxil olduğu ATƏT-in Minsk Qrupu həmsədrləri üçlüyünün tərkibinin genişləndirilməsi planlaşdırılmır.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov beynəlxalq gündəmdəki aktual mövzularla əlaqədar yerli və xarici KİV-lərə verdiyi müsahibəsində deyib.

“Həmsədrlər üçlüyünün (Rusiya, ABŞ və Fransa) tərkibini genişləndirmək planları yoxdur. Dediyim kimi, daim təmasdayıq, dünən Jan İvon Le Drianla danışdım. Əməkdaşlarım həmsədrliyin işini təmin edən Amerika təmsilçiləri ilə təmasdadırlar”, - deyə S. Lavrov vurğulayıb.

Rusiya XİN başçısı Minsk qrupunun Fransa və ABŞ-dan olan həmsədrlərinin gələn həftə Moskvaya səfər edəcəklərini də qeyd edib: “Biz onlara sülhməramlıları necə yerləşdirdiyimiz barədə ətraflı məlumat verəcəyik və yəqin ki, Dağlıq Qarabağ və ətrafındakı bütün etno-konfessional icmaların hüquqları nəzərə alınaraq dinc bir həyat qurmağa necə kömək edə biləcəyimiz barədə məsləhətləşəcəyik”.(apa)

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Paşinyan Putini Yerevanda necə təhqir etdi
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› Məlahət Mürşüdlü vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »