Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baku Mediakal Plaza 1400 manata görə əsgər övladını girov götürdü
Medikal plaza

Baku Medikal Plazanın Babək filialından redaksiyamıza şikayət daxil olub. İmişli rayonundan Adil Rəhman oğlu Rəhimov bildirib ki, bir neçə gü öncə müharibyə çağrılmış zabit qardaşının 2 aylıq körpəsini qan qusduğuna görə təcili şəkildə Bakı Medikal Plazaya gətiriblər.

Xəstəxanaya giriş günü onlardan depozit olaraq 500 manat tələb olunub. Ödəniş olduqdan sonra Rəhimli Rəhman Müslüm oğlunu əməliyyat ediblər. Cərrah bildirib ki, əməliyyat xərci 2800 manatdır, o əsgərə hörmət olaraq öz xidmət haqqından imtina edərək 1800 manat almayıb. Ailə yerdə qalan 1000 manatı verib. Dünən ailə uşağı xəstəxanadan çıxarmaq istəyəndə onları 7 saat gözlədiblər və körpəni vermək istəməyiblər ki, xəstəxanaya 1400 manat depozit ödənilməlidir. Uşağın əmisi Rəhimov Adil bildirib ki, bu ödənişdən öncə xəbərsiz olduğuna görə pul tapmaqda xeyli əziyyət çəkib və o zamana qədər, yəni 4 saat körpə ilə anası ayaq üstə koridorda gözlədilib.

"Dövlət başçısı dünən yaralı hərbiçilərlə görüşdə qeyd etdi ki, bütün əsgərlər və onların ailələrinə nəzarət ediləcək, hər bir əsgərə qayğı göstəriləcək. Mənim qardaşım Rəhimov Müslüm Rəhman oğlu hazırda cəbhədədir. Bəs niyə onun ailəsinə bu xəstəxana bu qədər qəddar yanaşdı, körpəsini girov götürdü?".

Xəstəxanadan zəngimizə cavab verilməsə də, qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Bizimyol.info

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
Son xəbərlər
Bütün xəbərlər »