Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan Qarabağla bağlı sənədin imzalanmasının səbəbini açıqladı
Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ razılaşmasının Ermənistan cəmiyyətində məyusluq yaratdığını etiraf etdi.

Bizimyol.info xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciət edərək Qarabağla bağlı sənədin imzalanmasının səbəblərini izah edib.

Onun sözlərinə görə, Ermənistan xalqı hazırda çox çətin günlərini yaşayır. İnsanların qəlbi kədərli, gözləri isə yaşlıdır.

Paşinyan bildirib ki, 25.000 əsgərin həyatını karyerasından və həyatından üstün tutub.

“Xənkəndinin itirilməsi Əsgəran və Ağdərənin itirilməsinə səbəb olardı. Bu şəhərlər müharibənin ilk günlərində arxa cəbhədə idi və ona görə də, müdafiə istehkamları yox idi. Bu şəhərləri müdafiə edəcək qədər döyüşə hazır qüvvələr də yox idi. Bu şəhərlərin itirilməsi ilə müdafiə sahələrimiz Azərbaycan ordusu tərəfindən mühasirəyə alınacaqdı. Komandirin ən vacib funksiyası əsgər qarşısında vəzifə qoymaqdır. Ancaq bir əsgər sonrakı hadisələrə heç bir şəkildə təsir göstərə bilmədikdə, problemi həll edə bilmədikdə və sadəcə, ölə bildikdə, vətən əsgər həyatı üçün fədakarlıq etməlidir.

Ona görə də bu bədnam müqaviləni imzaladım. 25.000 əsgərin həyatını karyeramdan və həyatımdan üstün tutdum", - deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
››› İntihara cəhd göstərən ərini xilas edərkən ölümünə səbəb oldu
››› “Topçu Vüsal”ın adıyla pul qazananın kimliyi bəlli oldu - Atası rəsmən razılıq verib
Son xəbərlər
Bütün xəbərlər »