Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşğaldan azad edilmiş ərazilərdə DTX-nin idarə və şöbələri fəaliyyətə başlayır
DTX - Dövlət Təhlükəsizliyi Xidməti

Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi məlumat verib.

Bildirilir ki, Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq, DTX-nin Şuşa şəhər idarəsi təsis edilib və yaxın günlərdə onun fəaliyyəti təmin olunacaq.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib
››› Yerevanda polis etirazçılara güc tətbiq edib, Paşinyanın əleyhdarları saxlanılıb - Video
Son xəbərlər
Bütün xəbərlər »