Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hazırda Rusiya və Amerika Ermənistanda toqquşur
İrəvan, Ermənistan

"Hazırda Rusiya və Amerika Ermənistanda toqquşurlar və gərgin mübarizə aparırlar. Kimin qalib gəlməsindən asılı olmayaraq biz vaxtında və ən arzuolunan vəziyyətdə Qarabağı qaytara bildik. Artıq Bayden də Paşinyana kömək edə bilməz".

Bu fikirləri analitik Elçin Bayramlı səsləndirib.

Elçin Bayramlı Elçin Bayramlı

"Prezidentimizin mükəmməl strateji düşüncəsi sayəsində razılaşmanı tam vaxtında, qəti Qələbə şərtləri ilə bağladıq və Qarabağ ən yaxşı variantla azad etdik.

2 variant var idi.

1. Bunlar uduzduqlarını görüb Paşinyanı devirəcəkdilər və onda artıq sülh şərtləri belə olmayacaqdı. Hakimiyyətə Rusiyayönümlü adam gətirə bilərdilər və bununla da vəziyyəti öz xeyirlərinə çevirə bilərdilər.

2. Baydenin, yəni Paşinyanın birbaşa ağasının Amerika prezidenti seçilməsi Ermənistanın əlini gücləndirəcəkdi. Amerika və Fransa Ermənistana minlərlə peşəkar nayomnik, müasir PUA-lar da daxil olmaqla minlərlə silah texnika və xeyli maliyyə ayıra bilərdi ki, milyardlar xərcləyib hakimiyyətə gətirdikləri Paşinyan dəstəsini ermənilər devirməsin və o da hakimiyətə gətirilməsinin əsas məqsədini- KTMT-dən çıxaraq Rusiya bazasını ölkədən çıxarmasını və Ermənistanın tam Ameirka müstəmləkəsinə çevrilməsini təmin etsin.

Rusiya da bu təhlükəni görürdü və ona görə də bu məsələdə Azərbaycanın yanında oldu. Qarabağın itirilməsindən sonra Paşinyan hakimiyyəti devriləcək və Rusiya Ermənistanı geri qazanmış olacaq. Bunu Rusiya üçün təmin edən Azərbaycan isə əvəzində Qarabağı qazandı. 2 ölkənin maraqları üst-üstə düşdüyündən Paşinyanı əvvəl müharibədə ağır məğlubiyyətə, sonra isə təslimçi sülhə məcbur etdilər.

Hazırda Yerevanda baş verənlər və Amerika-Fransanın mövqeyi bunu sübut edir. Ermənilər gec də olsa ayıldılar və Paşinyanı devirməyə çalışırlar, burada əlbəttə Rusiyanın da müxalifətə dəstəyi var. Lakin Amerika buna imkan verməməyə çalışacaq və "Mənim addımım" partiyasının hakimiyyətdə qalmasına çalışacaq. Qısaca hazırda Rusiya və Amerika Ermənistanda toqquşurlar və gərgin mübarizə aparırlar. Kimin qalib gəlməsindən asılı olmayaraq biz vaxtında və ən arzuolunan vəziyyətdə Qarabağı qaytara bildik. Artıq Bayden də Paşinyana kömək edə bilməz.

Amerikanın tapşırığı ilə sülhün Ermənistan tərəfindən pozulma cəhdləri Rusiyanın beynəlxalq nüfuzuna və imicinə böyük zərbə olacağından Moskva buna görə Yerevanı daha sərt cəzalandıra bilər. Bütün vəziyyətlər və mümkün variantlar bizim xeyrimizədir.

Bu müqavilənin nəinki günü, hətta saatı da prezidentimiz tərəfindən mükəmməl uzaqgörənliklə seçilmiş və İlham Əliyev böyük şahmat taxtasında sonuncu gedişi "Şah və Mat" deyərək elan etmişdir.

Prezidentimizin necə möhtəşəm, necə müdrik bir siyasətçi olduğuna bütün dünya bir daha əmin oldu. Prosesi ən uyğun beynəlxalq şəraitin yarandığı vaxtda, əvvəlcədən iqtisadi, siyasi-diplomatik və informasiya-təbliğat müharibəsini qazanmaqla başlaması, eyni vaxtda həm müharibəni, həm xarici siyasəti, həm informasiya müharibəsini, həm ölkənin idarə edilməsini mükəmməl aparmaqla arzu etdiyimizdən də böyük nəticəyə daha asan nail olması bunu deməyə əsas verir.

Qələbəni minlərlə artıq şəhid vermədən, düşmən Qarabağı tam xarabalığa çevirmədən, bütün meşələri yandırmadan, Sərsəng su anbarını partladıb ekoloji və sosial fəlakət törətmədən, "Metsamor"un radiaktiv tullantılarını Qarabağa səpmədən, şəhərlərimizə əlavə yüzlərlə raket düşmədən, daha yüzlərlə mülki vətəndaşımız ölmədən, davam edəcək müharibəyə milyardlarla manat artıq xərc çəkmədən, ölkəmizin uzaqda qalan anklav hissəsinə- Naxçıvana, oradan da Türkiyəyə birbaşa yol əldə edərək... dünyada sülhsevər imici yaradaraq, regiona ən böyük təsir imkanı olan Rusiya ilə dostlaşaraq və əksər ölkələri tərəfinə çəkərək qazanan, Qarabağı mümkün olan ən yaxşı şərtlərlə azad edən, milli birliyi təmin edən İlham Əliyev həm böyük dövlət rəhbəri, həm böyük sərkərdə, həm böyük milli lider olduğunu sübut etdi və adını qızıl hərflərlə tarixə yazdı.

Bu müharibədə Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz ön cəbhədə, bütün xalqımız da arxa cəbhədə döyüşdü. Xalqla dövlətin birliyi qalib gəldi. 1-ci Qarabağ müharibəsində çatışmayan əsas bu idi və ona görə də uduzmuşduq.

İndi isə Azərbaycan xalqı öz şərəfini, ləyaqətini bərpa etdi, qisasını

düşməndən artıqlaması ilə aldı və bütün dünyaya gücünü göstərdi.

Hələ isti-isti bəziləri bunun mahiyyətini başa düşmür. Zaman keçəcək və hamı bu Qələbənin tariximizdə ən böyük və ən möhtəşəm Qələbə olduğunu və onun hələlik anlaşılmayan strateji faydalarını da görəcək. Bu birlik qorunub saxlanacaq. Ölkəmiz tamam dəyişəcək. Son vətəndaşa qədər hamı "Fəxr edirəm ki Azərbaycanlıyan" sözünü ürəkdən deyəcək

Azərbayvan dünyaya Günəş kimi doğacaq",- deyə o qeyd edib.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
Son xəbərlər
Bütün xəbərlər »