Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azıx mağarası Füzulidə yerləşir, yoxsa Xocavənddə?-Tədqiqatçıdan açıqlama
Azıx mağarası Füzulidə yerləşir, yoxsa Xocavənddə?-Tədqiqatçıdan açıqlama

“SSRİ dövründə Azıx mağarası Füzuli rayonunun tabeliyində, inzibati ərazisinə daxil idi”.

Bunu Bizimyol.info-ya açıqlamasında tədqiqatçı, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və

Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov bildirib.

Faiq İsmayılov Faiq İsmayılov

Tədqiqatçı bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra inzibati ərazi qurluşları dəyişdirilib: “SSRİ dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Vilayətə Əsgəran, Hadrut, Ağdərə, Xocavənd, Şuşa rayonları və vilayət tabeli Xankəndi şəhəri daxil idi.

26 noyabr 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti Milli Məclis tərəfindən ləğv edildi. Bu qərardan sonra inzibati ərazi quruluşları da ləğv olundu və Dağlıq Qarabağda Xocalı, Xocavənd və Şuşa rayonları yaradıldı. Ağdərə rayonun bir qismi Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Digər rayonların ərazisində isə Xocavənd rayonu yaradıldı.

Azıx mağarasının olduğu ərazi də Xocavənd rayonuna tabe oldu. Əsas odur ki həmin ərazilər bizim ərazilərdir. İnşallah, Azıx mağarasında tədqiqatlarımızı davam etdirəcəyik”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »