Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əsgərimizdən məktub: Biz torpağı status yazaraq yox, qanımızla aldıq
Əsgər

Kəlbəcərdən olan Eyvaz adlı əsgər yazır:

Xeyli müddətdir ki, sosial şəbəkələrdə yoxam, könüllü olaraq cəbhəyə yollanmışam, dünən daxil oldum. Deməli, facebookda əyləşib qələbəyə kölgə salanlaradır sözüm.

Hal-hazırda Kəlbəcərdə elə soyuq var ki, nəfəs alırdın ciyərlərinə buz gedirdi sanki. Sən evində isti otaqda oturmusan, ancaq burda olanlar isti yemək nədir bilmir, sən ayağını çıxarıb gəzirsən evdə, ancaq burda gecə, gündüz batinka ayaqdan çıxmır. Müqayisəsi belə yersiz olar. Sözüm ondadır ki, biz bu torpaqları qanımız bahasına aldıq, sosial şəbəkələrdə status yazmaqla yox. Döyüşün davam etdiyi hər gün neçə ananın göz yaşlarının çoxalması deməkdir. Onsuz da yetərincə şəhid var, qarşılarında baş əyirəm, onlar şəhid oldu, biz sağ qaldıq, demək ki, bizdən artıq imiş ruhları şad olanlar.

Xahiş edirəm tarixi qələbəyə kölgə salmayın. Siz deyirsiniz ki, Azərbaycan etnik təmizləmə siyasəti yerinə yetirməlidir, Qarabağda bir dənə də olsun erməni vətəndaşı qalmamalıdır. Bu beynəlxalq aləmdə bilirsiniz nə deməkdir? Balaca bir dövlət dünyaya meydan oxuyur və nəticədə Suriyanı gözünüzün önünə gətirin. Əgər Azərbaycan etnik təmizləmə aparsa, o zaman dünya dövlətləri Azərbaycana qarşı embarqo tətbiq edəcək və ondan sonra da badımcan əkib yeyəcəyik... Neft, qaz, işıq satılmayacaq bu da iqtisadiyyatın 75,80% ini itirmək deməkdir. Cənab prezidentin qətiyyətli addımını alqışlamaq lazımdır. Onsuz da ermənilər çətin qayıda Qarabağa, çünki onlar da məsələnin ciddiliyini dərk edir.

Gələk Türkiyə və Rusiya sülhməramlı qüvvələrinə. Bunların missiyası Azərbaycan və Ermənistan arasında münaqişəyə son qoymaqdır, müharibə etmək yox. Əgər bu razılaşmada bizim itirəcək nəyimizsə olsaydı, əmin olun ki, Türkiyə buna qadağa qoyardı. Bir sözlə bu günə şükür edin. Gedin şəhidlər xiyabanını ziyarət edin.

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
Bütün xəbərlər »