Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvan səmasında “Bayraktar” şoku: Əhali panika içindədir - Foto

Azərbaycan ordusunun Qarabağ zəfərində önəmli rol oynayan “Bayraktar” ermənilərin canına xof salıb. Onlar hər yerdə Türkiyə dronlarını görür.

Bizimyol.info xəbər verir ki, noyabrın 12-si gecə saatlarında Yerevan sakinləri “Bayraktar” şoku yaşayıblar. Səmada uçan obyekt görünüb, ermənilər məşhur dronların paytaxta gəlib çıxdığını zənn ediblər. İrəvanda sözün əsl mənasında aləm bir-birinə dəyib.

İrəvan səmasında “Bayraktar” şoku

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan rəsmi açıqlama verərək paytaxt sakinlərini sakitləşdirməyə çalışıb. O, uçan obyektin “Bayraktar” olmadığını bildirib. Amma onunla əksəriyyət razılaşmayıb. Əhali panikadadır.

Politoloq Edqar Elbakyan sosial şəbəkə səhifəsində Ermənistan Müdafiə Nazirliyinin həqiqəti gizlətdiyini yazıb. Onun fikrincə, İrəvan səmasında məhz “Bayraktar” uçurmuş.

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »