Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Dağlıq Qarabağdakı əməliyyatlara zərbə və hərbi-nəqliyyat vertolyotları da cəlb edir
Helikopter

Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağdakı sülhməramlı əməliyyatlarda Mi-8 hərbi-nəqliyyat və Mi-24 zərbə vertolyotlarının da istifadə ediləcəyini açıqlayıb.

“Hərbi-nəqliyyat aviasiyasının An-124 “Ruslan” təyyarəsi ilə Yerevanın “Erebuni” aerodromuna Rusiya Hava Kosmik Qüvvələrinin 8 ədəd Mi-8 və Mi-24 vertolyotları çatdırılıb. Vertolyotlar sülhməramlı əməliyyatın keçiriləcəyi rayonda atəşin və hərbi əməliyyatların dayandırılmasına nəzarəti həyata keçirəcək, habelə çətin keçilən rayonlara sülhməramlı kontingentin şəxsi heyətini və maddi-texniki vasitələri çatdıracaq”,-Rusiya Müdafiə Nazirliyi bildirir.

Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında əldə edilmiş üçtərəfli razılaşmada münaqişə zonasında Rusiyanın 1980 nəfərdən ibarət sülhməramlı kontingentinin, eləcə də 90 zirehli transportyorun, 380 vahid avtomobil texnikasının və xüsusi texnikanın yerləşdirilməsi nəzərdə tutulurdu. Ötən gün isə Rusiya Baş qərargahının Əməliyyat İdarəsinin rəisi, general-polkovnik Sergey Rudskoy Qarabağda sülhməramlı kontingenti ordu aviasiyasının və pilotsuz uçan aparatların da dəstəkləyəcəyini açıqladı.(virtualaz.org)

Paylaş »
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Paşinyan: “44 gün ərzində Putinlə daim əlaqə saxlayırdım”
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
Son xəbərlər
Bütün xəbərlər »