Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabah Rusiya nümayəndə heyəti birgə müzakirələr üçün Bakıya gələcək
Mövlud Çavuşoğlu

“Sabah Rusiyadan bir nümayəndə heyəti gələcək, Rusiya və Türkiyənin birgə yer alacağı atəşkəsə nəzarət mərkəzi ilə bağlı müzakirə aparılacaq.

Atəşkəsə nəzarət üçün yaradılacaq mərkəz razılaşmanın yerinə yetirilməsi yönündə mühüm işlər görəcək.Mərkəzin iş prinsipini ortaq işçi qrupu müəyyənləşdirəcək. Mərkəz Azərbaycanın müəyyənləşdirdiyi yerdə yerləşəcək.

Bizimyol.info xəbər verir ki, bu fikirləri bu gün Bakıda keçirilən brifinqdə Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu səsləndirib.

"Bu atəşkəsin daimi sülhə vəsilə olmasını istəyərdik.

Bu prosesin nəticələrindən Ermənistan xalqı da faydalanacaq. Proses Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə nəticələnməlidir.

Qardaş Azərbaycan işğal altındakı torpaqlarının azad edilməsi üçün hansı çözümə üstünlük verirsə, seçirsə, Azərbaycanın yanındayıq. Azərbaycanın işğal altındakı torpaqları azad edilməyənə qədər davamlı atəşkəs ola bilməz, biz bunu dəfələrlə bildirdik.

Azərbaycanın işğal altındakı torpaqlarının qaytarılması üçün son razılaşma ilə bir təqvim müəyyənləşdi”,- deyə o qeyd edib.

Çavuşoğlu dəfələrlə vurğulayıb ki, bölgədə sülhməramlı qismində Rusiyanın rolu nədirsə, Türkiyənin də rolu odur.

İlhamə

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
Son xəbərlər
Bütün xəbərlər »