Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistan müharibə dövründə daha da ağır iqtisadi sarsıntı yaşadı”
dollar

“Koronavirus pandemiyası səbəbindən heç də yaxşı durumda olmayan Ermənistan müharibə dövründə daha da ağır iqtisadi sarsıntı yaşadı. Hazırda ölkədə olan iqtisadi aktivlik aşağı düşdüyü üçün biznes sahəsi çökür. Həm alıcılığın aşağı düşməsi, həm də səfərbərliklə əlaqədar işçi qüvvəsinin azalması müəyyən sahələrdə öz mənfi təsirini göstərməkdədir. İxracının 11%-ni spirtli içkilər təşkil edir və bilirik ki, kənd təssürrafatı sahəsi də daha çox əmək tutumlu olur. Bu baxımdan işçi qüvvsəsi çatışmazlığı meydana gəlib”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri “Spektr” Araşdırma və İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri, iqtisadçı Ramil Abbasov açıqlamasında bildirib.

Ramil Abbasov Ramil Abbasov

Ramil Abbasov bildirib ki, müharibədən əvvəl Ermənistanın dövlət borcunun ÜDM-in 55%-ə bərabər idisə müharibədən sonra hətta 75-80%-ə qədər qalxacağı gözlənilir

“İxracının təxminən 30%-i, idxalının isə 25%-i Rusiyadan asılıdır. Elə əhalisinin də gəlirləri Rusiya hesabına formalaşır. Bu o deməkdir ki, sanksiyaların artacağı təqdirdə bu Ermənistan iqtisadiyyatından da yan keçməyəcək. Müharibədən əvvəl dövlət borcunun ÜDM-in 55%-ə bərabər idisə müharibədən sonra hətta 75-80%-ə qədər qalxacağı gözlənilir.

Proqnozlaşdırıldığı kimi gördük ki, bu ölkə cəmi 44 gün müharibəyə tab gətirdi. Hələ nəzərə alsaq ki, silahlanmanın əksər hissəsi ya pulsuz yada ki, lobbiçilik hesabına bu ölkəyə verilir. Digər bir çökən sahə isə xidmət sektoru sayılır. Təbii ki, fəallığın azaldığı bir durumda bu qaçılmazdır.

Ermənistan iqtisadiyyatının strukturuna baxsaq görərik ki, bu ölkənin büdcəsi əsasən ianələr hesabına toplanır. Gəlir mənbəyi olmayan bir ölkə üçün dirçəlməsi yalnız siyasi aspektlərdən asılı olacaq. Buraya hər hansı beynəlxalq təşkilatların yardımları, ianələri aid etmək olar. Digər tərəfdən isə Qarabağın işğaldan azad olunması ilə artıq bu ərazilərdəki faydalı qazıntı yataqlarından da yararlana bilməyəcək. Hələ müharibədən əvvəl AYİB iqtisadi tənəzzülün 12,8% olacağı proqnoz edirdi. İndi bu rəqəmin artacağı istisna edilmir. Müharibə dövründə təqribən 3 milyard dollar ziyan dəyib. Bu rəqəm isə ölkənin dövlət büdcəsinə bərabərdir. Təsəvvür edin ki, mərkəzi hakimiyyətdə də vəziyyətin ağır olaraq qalması hələ uzun bir müddət dirçəlməyəcəyi anlamına gəlir.

Ermənistanın digər bir üzləşəcəyi problem demoqrafiyadır. Onsuzda kasıb olan ölkədən xaricə axın artmışdı. Bununla bərabər müharibədə tələf olan əhali məşğulluğun əsas hissəsini təşkil edən bir qrup sayılırdı və onlar da bu gün yoxdur artıq.

Sonda isə onu da əlavə etmək istəyirəm ki, Qarabağımızın qorunub saxlanması üçün yeganə yol Azərbaycanın daimi olaraq siyasi, hərbi, maliyyə gücünün artırmasından keçir. Dünya praktikasına əsasən bunu sezmək o qədər də çətin deyil”, - deyə qeyd edib.

Leyla Mirzə

Paylaş »
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Martın 8-nə olan hava proqnozu
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda qadın başına dəmir düşməsi nəticəsində ölüb
Son xəbərlər
Bütün xəbərlər »