Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ter-Petrosyan: "Paşinyan Ermənistanı bəlaya düçar etdi"
Levon Ter-Petrosyan

“Hakim “Mənim addımım” parlament fraksiyasının bəyanatı göstərdi ki, hazırkı hökumət Qarabağ (separatçıları nəzərdə tutur - "Report") və Ermənistanı hansı bəlaya düçar etdiklərini, bütün erməni xalqına qarşı bağışlanmaz bir cinayət törətməklə yaratdıqları fəlakəti hələ başa düşməyiblər”.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Milli Konqres Partiyasının sədri, keçmiş prezident Levon Ter-Petrosyan başçılıq etdiyi siyasi təşkilatın toplantısında bildirib.

Onun sözlərinə görə, hökumət bununla daxili siyasi böhrandan çıxmağın konstitusiya yolunu qəti şəkildə rədd edir, qarşıdurmanı ağırlaşdıran bir yol tutduğunu açıq şəkildə göstərir: “Bu, iddia etdikləri demokratiya və parlamentarizmin kobud şəkildə pozulmasından başqa bir şey deyil”.

Qeyd edək ki, noyabrın 10-da Ermənistan parlamentinin müxalifət fraksiyalarının nümayəndələri Dağlıq Qarabağla bağlı növbədənkənar iclas keçirməyə çalışmışdı. Ancaq "Mənim addımım" iştirak etmədiyindən yetərsay olmayıb və toplantı baş tutmamışdı. Bunun ardınca hakim fraksiya Ermənistanda daxili siyasi, hərbi vəziyyəti pozmağa yönəlmiş heç bir iclasda (parlament iclasını nəzərdə tutur-red.) iştirak etmək fikrində olmadığını bildirmişdi.

Noyabrın 11-də isə müxalifət Dağlıq Qarabağla bağlı son razılaşmaların ləğvi məqsədi ilə etiraz aksiyası keçirib.

Xatırladaq ki, noyabrın 10-da gecə saatlarında Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzalayıblar.

Paylaş »
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
Son xəbərlər
Bütün xəbərlər »