Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN başçısı: “Bölgədəki münaqişələrin siyasi yolla həllini dəstəkləyirik”
Mövlud Çavuşoğlu

“Dondurulmuş münaqişələrin çoxu bizim bölgəmizdədir. Qarabağ bunlardan bir idi, inşallah, həll olunacaq”.

Bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bölgəmizdə - Gürcüstanda, Ukraynada, Suriyada, İraqda, Liviyada belə münaqişələr var. Türkiyə bu münaqişələrin siyasi yolla həllini dəstəkləyir. Biz Liviyada da münaqişənin sülh yolu illə həllini dəstəkləyirik. Ancaq Haftarın Tripoliyə hücumu, İdlibdə baş verənlər də yaxın tarixdir. Ancaq biz münaqişələrin həllində təşəbbüslərlə çıxış edirik və bu təşəbbüslər davam edəcək. Türkiyə Aralıq dənizində də ədalətli yanaşmanın tərəfdarıdır. Biz Aralıq dənizi ilə bağlı konfransın keçirilməsini təklif etmişik. Türkiyə bölgədə münaqişələrin həlli üçün lazımi addımların atılmasını davam etdirəcək”, - deyə XİN başçısı vurğulayıb.(apa)

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
Son xəbərlər
Bütün xəbərlər »