Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirilən mətbuat konfransında çıxış edib.
Bizimyol.info xəbər verir ki, o, Rusiya ilə Türkiyə arasında atəşkəs monitorinq mərkəzinin yaradılmasına dair memorandumun imzalandığını söyləyib.
“Qarabağdan söhbət gedirsə, buraların hamısı Azərbaycan ərazisidir. Azərbaycan ərazisi olduğu üçün ev sahibinin də hüququna hörmək edilərək, atəşkəsə nəzarət mərkəzi və şöbələri Azərbaycanın lazım bildiyi yerlərdə olacaq”,- deyə bildirib.
Leyla Mirzə