Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aram Qabrelyanov: Rusiya ermənilərlə sürülmüş atlarla davranıldığı kimi davrandı
Rusiya - Moskva

Rusiyanın erməni əsilli məşhur mediamaqnatı Aram Qabrelyanov baş nazir Nikol Paşinyanı və onun komandasını sərt tənqid edib, onları erməni xalqının maraqlarına xəyanət etməkdə günahlandırıb. A.Qabrelyanovun bəyanatı onun "Karamba" teleqram kanalında dərc edilib və söyüşlə doludur.

Virtualaz.org onun müraciətindən bəzi məqamları, qeyri-normal leksikanı “senzuradan keçirməklə”, təqdim edir.

A.Qabrelyanov bildirir ki, faciənin miqyası ermənilər üçün həddindən artıq böyükdür, lakin heç bir vətənpərvər özünü məğlub hiss etməməlidir. Sonra o, hadisənin əsl günahkarlarının kimlər olduğunu bildirir.

Onun sözlərinə görə, günahkar kabinetlərdə oturan və Sorosun əlindən qidalanan siyasi fahişələrdir. O fahişələr ki, bu yoxsul ölkəni otuz il sağaraq özlərinə Yerevanın mərkəzində malikanələr tikdirib, gün-güzəran qurublar: “Vətənə kömək lazım olanda isə bu fahişələr özlərini batırıb, olduqca ağrılı olan bir sənədə imza atmaqla başımıza belə bir rüsvayçılıq gətirdilər. Amma bu, həm də bizim biabırçı olduğumuzu göstərir. Biz o fahişələri vaxtında tanımamışıq, qulaq asmışıq, toylarda onlarla rəqs etmişik... Məhz hamımız. Bu, bizim üçün ağır, biabırçı olsa da, həqiqətdir".

A.Qabrelyanov "Levonun, Robertin, Serjin, Nikolun, indiki prezident Sarkisyanın klanları"nı xüsusi qeyd edib.

Qabrelyanov Rusiyanın ermənilərə xəyanət etmədiyini də vurğulayıb.

"İndi isə qısaca Rusiyanın ermənilərə xəyanət edib-etməməsi haqda. Hesab edirəm ki, xəyanət etməyib. Çünki qardaş və ya dost xəyanət edə bilər. Müasir Rusiya isə Ermənistan üçün qardaş və dost deyil. Strateji tərəfdaş və qardaş isə fərqli anlayışlardır, elə deyilmi? Amma ermənilərin özləri Rusiyanın qardaşı və dostu olmaq istəmədilər. Qürur, qonorar və özünəinam hissi mane oldu. Bu da doğrudur, deyilmi? Rusiya, böyük dövlətlər minilib sürülmüş atlarla nə cür davranırlarsa, bizimlə elə davrandı. Hamı belə davranır. Və burada ermənilərin incikliyi olmamalıdır. Etiraf edək- özümüz günahkarıq! Ümumiyyətlə, günahı kənarda yox, özündə axtarmaq, acı dərmandır. Amma yalnız bu müalicə edir", - deyə A.Qabrelyanov qeyd edib.

A.Qabrelyanov Nikol Paşinyanı və Qarabağ separatçılarının lideri Araik Arutyunyanı xüsusi “yağlayıb”.

"Biabırçılığı ilk növbədə Nikol və onun cib qaytanı Araik seçib. Araik Mardakert rayonunda ona məxsus nəhəng torpaqların türklərin əlinə keçəcəyini anlayanda “altını batırıb”. Bax, döyüşçü Balasanyanın əvəzinə belə acgöz biznesmeni seçəndə elə olur. Təəssüf ki, anamın doğma kəndində dünyaya gəlmiş bir dənə birmiş zibil də var. Bu, Araikin mətbuat katibidir. Uşaqlarımızı Şuşada güdaza verdiyinə görə. Onların qanları üçün, göz yaşları üçün şəxsən sənə deyirəm-sən “suka” və bir xəyanətkarsan! Və hünərin varsa, bunu təkzib et", - deyə o vurğulayıb.

Aram Qabrelyanov vəziyyətdən çıxış yolu kimi hakimiyyəti 15 nəfərdən ibarət Qurtuluş Komitəsinə verməyi və Ermənistanı yenidən Prezident ölkəsi etmək üçün referendum keçirməyi təklif edir. Bundan sonra o, "cəmi bir doğma qardaşı və 70 minlik peşəkar ordusu olan" Yeni Ermənistan yaratmağı təklif edir.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »