Bakıda sürücü komendant saatını pozub.
Bizimyol.info xəbər verir ki, Bakı Şəhəri Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görəinə görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
Belə ki, BMW markalı avtomobil “Koroğlu” metrostansiyası yaxınlığında komendant saatı ilə bağlı qurulan postda polisin “dayan” əmrinə tabe olmayıb. Bu səbəbdən polis avtomobilin təkərlərinə xəbərdarlıq atəş açmaq məcburiyyətində qalıb. Qaydanı pozan sürücü saxlanılıb və polis bölməsinə gətirilib.