Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vitse-prezident Cozep Borrellin hərbi əməliyyatların dayandırılması barədə bəyanatı
Cozep Borrell

Dağlıq Qarabağ və onun ətrafında hərbi əməliyyatların dayandırılmasını alqışlayıram. Bazar ertəsi günü Ermənistanla Azərbaycan arasında Rusiya vasitəçiliyi ilə razılaşdırılmış atəşkəs insan tələfatının qarşısını almağa kömək edəcəkdir və ümid edirəm ki, məsələnin hərtərəfli şəkildə həll olunması yolunda bu atılan ilk addımdır.

İndi danışıqlar zamanı istənilən həll yolunun davamlı olmasını təmin etmək lazımdır.

Avropa İttifaqı ATƏT-in Minsk Qrupu həmsədrlərinin rəhbərlik etdiyi qurulmuş formatı dəstəkləməyə davam edir, bu cəhdlərə və bütün Cənubi Qafqaz bölgəsinin dinc və firavan inkişafı üçün sazişlərin həyata keçirilməsinə töhfə verməyə hazırdır.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »